Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 58:1—11

MÜNDƏRİCAT

  • Dünyanı mühakimə edən Allah var

    • Şərlərin cəzalanması üçün dua (6—8)

Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*. 58  Ey bəşər oğulları, susa-susa salehlikdən danışa bilərsinizmi?+ Ədalətli hökm çıxara bilərsinizmi?+   Xeyr, siz ki ürəyinizdə haqsızlıq toxuyursunuz,+ Əliniz ölkədə zorakılıq səpir.+   Şər adamlar hələ ana bətnindən azğındır, Doğulmamışdan yolunu azıb, hey yalan danışır.   Zəhərləri ilan zəhərinə bənzər,+ Qulağını tıxayan kobra kimi kardırlar.   O, ilanoynadanın səsini eşitməz, Ovsunları nə qədər güclü olsa da.   Ey Allah, onların dişlərini qır, Bu aslanların əngini əz, ey Yehova.   Qoy onlar su kimi axıb yox olsunlar, Onlar yerə yıxılınca Sən ox-kamanını hazır tut.   Qoy onlar süründükcə əriyən ilbiz kimi olsunlar, Ölü doğulmuş uşaq kimi gün işığı görməsinlər.   Alışan çır-çırpının istisi qazanlarınıza dəyməmiş Allah güclü küləktək çırpıları sovuracaq, yaşı da, yanarı da.+ 10  Saleh adam qisası görəndə sevinəcək,+ Ayaqlarını pislərin qanında yuyacaq.+ 11  O zaman insanlar deyəcək: «Həqiqətən, salehin mükafatı var!+ Dünyanı mühakimə edən Allah var!»+

Haşiyələr