Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 57:1—11

MÜNDƏRİCAT

  • Lütf diləyi

    • Allahın qanadları altında sığınacaq (1)

    •  Düşmənlər qazdıqları quyuya düşürlər (6)

Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*. Talutdan qaçıb mağarada gizlənəndə.+ 57  Lütf et mənə, İlahi, lütf et! Canımı Sənə əmanət etmişəm,+ Dərd-bəla sovuşanacan qanadlarının altına sığınacağam.+   Allahı çağırıram, Haqq-Taalanı, Məni dərd-bəladan qurtaran o tək Allahı.   Göydən kömək göndərib məni xilas edəcək,+ Mənə həmlə edəni çaşbaş qoyacaq. (Selah) Allah məhəbbətini, sədaqətini göstərəcək.+   Canım şirlərin arasındadır,+ Çarəsizəm, məni udmaq istəyənlərin arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır.+   Xudaya, göylər üzərində ucal, Qoy calalın bütün cahanı bürüsün.+   Ayaqlarım üçün tor qurdular,+ Qəddim əyildi.+ Yolumda quyu qazdılar, Fəqət özləri düşdü.+ (Selah)   Ürəyim mətindir, ey Allah,+ Ürəyim mətindir. Çalıb oxuyacağam.   Oyan, ey varlığım, Dillənin, ey telli alətlər, ey çənglər! Mən sübh şəfəqini oyadaram.+   Səni ellər arasında ucaldaram, ey Yehova,+ Xalqlar arasında şəninə nəğmələr deyərəm.+ 10  Çünki məhəbbətin böyükdür, göylərə çatır,+ Vəfadarlığın asimana ucalır. 11  Xudaya, göylər üzərində ucal, Qoy calalın bütün cahanı bürüsün.+

Haşiyələr