Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 56:1—13

MÜNDƏRİCAT

  • Təqib olunanda dua

    • «Allaha bel bağlamışam» (4)

    • «Göz yaşlarımı tuluğuna yığ» (8)

    • «İnsan mənə nə edə bilər?» (4, 11)

Dirijora. «Uzaqlardakı səssiz göyərçin» üçün. Davudun məzmuru. Mixtam*. Catda filiştlilərin* əlinə keçəndə.+ 56  Mənə lütf et, İlahi, fani insan üstümə gəlir, Gecə-gündüz mənimlə vuruşur, məni sıxışdırır.   Düşmənlər bütün günü üstümə cumur, Çoxları qürrələnib mənimlə savaşır.   Məni qorxu bürüyəndə+ Sənə güvənirəm.+   Sözünü vəsf etdiyim Allaha, Allaha bel bağlamışam, qorxmuram, İnsan mənə nə edə bilər?+   Gecə-gündüz mənə ziyan vururlar, Hey zərərimə fikirləşirlər.+   Pusqu qurur, hücum çəkirlər, Hər addımımı izləyirlər ki,+ Canımı alsınlar.+   Xudaya, şər əməllərinə görə onları rədd et, Qəzəbinlə xalqları yerə vur.+   Sərgərdan gəzdiyim yolları qeydə alırsan.+ Göz yaşlarımı tuluğuna yığ.+ Axı onlar Sənin kitabında yazılıb.+   Səni çağırdığım gün düşmənlərim geri çəkiləcək.+ Bir şeydən arxayınam — Allah tərəfimdədir.+ 10  Sözünü vəsf etdiyim Yehovaya, Sözünü vəsf etdiyim Allaha, 11  Allah-Taalaya bel bağlamışam, qorxmuram,+ İnsan mənə nə edə bilər?+ 12  Ey Allahım, Sənə dediyim nəzirlər boynumdadır,+ Sənə şükran qurbanları gətirəcəyəm.+ 13  Canımı ölümdən qurtardın ki,+ Ayağımı büdrəməkdən qorudun ki,+ Həyat nurunda Sənin önündə addımlayım.+

Haşiyələr

Bəzi mənbələrə əsasən, filistimlilər.