Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 55:1—23

MÜNDƏRİCAT

  • Dostu xain çıxanda Davudun duası

    • Yaxın dostun rişxəndi (12—14)

    • «Sən qayğı yükünü Yehovaya ver» (22)

Dirijora. Simli alətlərin müşayiətilə. Maskil*. Davudun məzmuru. 55  Pərvərdigara, duamı eşit,+ Lütf diləyirəm, diləyimi rədd etmə.+   Nə olar, məni dinlə, hay ver.+ Dərd-sərdən dincliyimi itirmişəm.+ Ağlım başımdan çıxıb,   Düşmənin sözlərindən, Şər adamın zorundan. Üzərimə pislik yağdırırlar, Mənə qarşı acıqlıdırlar, ədavət bəsləyirlər.+   Köksümdə ürəyim ağrıdan sızıldayır,+ Ölüm dəhşəti çöküb üstümə.+   Qorxudan canıma titrəmə düşüb, Vücudum tir-tir əsir.   Deyirəm: «Kaş göyərçintək qanadlarım olaydı! Uçub sakit yerdə məskən salardım.   Qaçıb uzaqlara gedərdim,+ Çöl-biyabanda yaşayardım.+ (Selah)   Sərt küləyin, qasırğanın əlindən Tez daldaya girərdim».   Ey Yehova, onları çaşbaş qoy, niyyətlərini alt-üst et*,+ Çünki şəhərdə zorakılıq, dava-dalaş gördüm. 10  Gecə-gündüz divarların üstündə dolaşırlar, Şəhərdəsə fitnə-fəsad var, pislik var.+ 11  Orada ədavət baş alıb gedir, Meydanından zülm-sitəm, fırıldaq əskilmir.+ 12  Məni düşmən ələ salsaydı,+ Dözərdim. Üstümə yağı gəlsəydi, Ondan gizlənərdim. 13  Amma bu sənsən, mənim kimi bir insan,+ Öz rəfiqim, yoldaşım.+ 14  Səninlə gözəl dostluğumuz var idi, Camaata qoşulub Allahın evinə qoşa gedərdik. 15  Qoy düşmənlərim məhv olsun,+ Diri-diri Məzara* düşsünlər, Çünki aralarında, ürəklərində pislik yaşayır. 16  Mən isə Allahımı çağıracağam, Yehova məni qurtaracaq.+ 17  Səhər, günorta, axşam dərd-sər əlindən ah-zar edirəm,+ O, səsimi eşidir.+ 18  Düşmənlər alay-alay üstümə gəlir, Allah canıma dinclik verər, onların həmləsindən qurtarar.+ 19  Əzəldən bəri taxtında əyləşən Allah+ Məni eşidər, onlara qarşı çıxar.+ (Selah) O kəslər ki Allah qorxusu bilmirlər,+ Onlar pis yollarından dönməzlər. 20  Rəfiqim dostlarına əl qaldırdı,+ İlqarını pozdu.+ 21  Onun dili yağdan da yumşaqdır,+ Ürəyi isə dava axtarır. Sözləri zeytun yağından da zərifdir, Lakin siyrilmiş qılınca bənzər.+ 22  Sən qayğı yükünü Yehovaya ver,+ O, sənə dayaq olar,+ O, heç vaxt saleh insanı yıxılmağa qoymaz.+ 23  Ey Allahım, Sən onları ən dərin qəbrə salarsan,+ Bu əliqanlı, məkrli adamların ömrü yarıya da çatmayacaq.+ Mən isə Sənə güvənəcəyəm.

Haşiyələr

Hərfən: dillərini ayır.
İbr. şeol. Lüğətə bax.