Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 54:1—7

MÜNDƏRİCAT

  • Yağılar arasında imdad duası

    • «Allah mənə yardımçıdır» (4)

Dirijora. Simli alətlərin müşayiətilə. Maskil*. Davudun məzmuru. Ziflər Talutun yanına gedib: «Davud aramızda gizlənib», — deyə xəbər verəndə.+ 54  Ey Allahım, adınla məni qurtar,+ Qüdrətinlə haqqımı müdafiə et.+   Ey Allahım, duamı eşit,+ Ağzımdan çıxan sözü dinlə.   Çünki yadlar üstümə qalxdılar, Zalımlar canıma qəsd edir.+ Heç biri Allahı tanımır.+ (Selah)   Bax, Allah mənə yardımçıdır,+ Yehova mənə dayaq olanlarladır,   Düşmənlərimin pisliyini öz başlarına gətirəcək.+ Sədaqətinlə onların kökünü kəs.+   Sənə sidqi-ürəkdən qurban gətirərəm,+ Adını mədh edərəm, ey Yehova, çünki bu, mənə xoşdur.+   O, məni bütün bəlalardan qurtarır,+ Düşmənlərimə müzəffər baxışlarla baxacağam.+

Haşiyələr