Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 52:1—9

MÜNDƏRİCAT

  • «Mənsə Allahın məhəbbətinə güvənəcəyəm»

    • Pisliklə öyünənlərə xəbərdarlıq (1—5)

    • Allahsızlar var-dövlətə bel bağlayırlar (7)

Dirijora. Maskil*. Davudun məzmuru. Ədumi Duəq Talutun yanına gedib Davudun Əximəlikin evinə gəldiyini deyəndə.+ 52  Nə üçün pisliyinlə öyünürsən, ey qoluzorlu insan?+ Bil ki, Allahın məhəbbəti heç vaxt tükənməz.+   Dilin ülgüc kimi itidir,+ Fitnə qurar, hiylə işlədər.+   Yaxşılıqdan çox yamanı, Həqiqətdən çox yalanı sevdin. (Selah)   Ey hiyləgər dil, Zəhərli sözləri sevdin.   Allah səni əbədilik yıxacaq,+ Səni yerə vuracaq, çadırından dartıb çıxaracaq,+ İşıqlı dünyadan kökünü qoparacaq.+ (Selah)   Salehlər bunu görüb qorxacaq,+ Onun halına güləcəklər:+   «Baxın, bu adam Allahı özünə qala etmədi,+ Var-dövlətinə bel bağladı,+ Fitnə-fəsadı özünə sipər etdi».   Mənsə Allahın evində yaşıl zeytun ağacıtək olacağam, Əbədiyyən Allahın məhəbbətinə güvənəcəyəm.+   Gördüyün işlərdən ötrü Səni ucaldacağam,+ Sadiq bəndələrinin önündə Adına ümid bağlayacağam,+ çünki bu, yaxşıdır.

Haşiyələr