Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 51:1—19

MÜNDƏRİCAT

  • Tövbə duası

    • Hələ ana bətnindən günahlıyıq (5)

    • «Məni günahdan təmizlə» (7)

    • «Məndə təmiz ürək yarat» (10)

    • Peşman ürək Allaha məqbuldur (17)

Dirijora. Davudun məzmuru. Davud Badsəba+ ilə yaxınlıq edəndən sonra Natan peyğəmbər onun yanına gələndə. 51  Məhəbbətinlə mənə rəhm et,+ Pərvərdigara, Böyük mərhəmətinlə günahlarımı sil.+   Məni təqsirimdən təmizlə,+ Günahımdan pak et.+   Təqsirlərimi yaxşı bilirəm, Günahım gözümün önündə durub.+   Sənə, Sənə qarşı günah etdim,+ Gözündə pis olan işi tutdum,+ Odur ki, sözlərin haqq, Hökmün adildir.+   Mən təqsir içində dünyaya gəldim, Anamın bətninə düşəndən məndə günah yaşayır.+   Fəqət Sən ürəkdə qərar tutmuş doğruluğu xoşlayırsan,+ Ürəyimə əsil hikmət aşıla.   Məni günahdan təmizlə*, pak olum,+ Məni yu, qardan da ağ olum.+   Mənə şənlik, şadlıq sədaları eşitdir ki, Əzib qırdığın sümüklər şəfa tapsın*.+   Günahlarımdan üzünü yan çevir,+ Təqsirlərimin hamısını sil.+ 10  Məndə təmiz ürək yarat,+ İçimə təzə, mətin bir ruh qoy.+ 11  Məni hüzurundan rədd etmə, Nə olar, müqəddəs ruhunu məndən alma. 12  Səndən gələn qurtuluş sevincini qoy yenə dadım,+ Sənə itaət etməyə həvəs oyat içimdə. 13  Qanunu pozanlara Sənin yollarını öyrədəcəyəm ki,+ Günahkarlar Sənə sarı dönsün. 14  Ey Allah, ey nicatımın Allahı,+ məni qan günahından azad et,+ Qoy dilim Sənin ədalətini şövqlə bəyan etsin.+ 15  Yehova, nə olar, dodaqlarımı aç, Dilim Sənə təriflər söyləsin.+ 16  Sən qurban istəmirsən, yoxsa gətirərdim,+ Yandırma qurbanlarından xoşhal olmursan.+ 17  Peşman ruhdur Allaha məqbul qurban. Çilik-çilik olmuş, peşman ürəyi rədd etməzsən,+ ey Allah. 18  Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını tik. 19  O zaman salehliklə gətirilən qurbanlar, Yandırma qurbanı, bütöv qurban Sənə xoş olar. O zaman qurbangahında buğalar təqdim ediləcək.+

Haşiyələr

Hərfən: məni qaraqınıq ilə günahdan təmizlə.
Hərfən: sevinsin.