Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 50:1—23

MÜNDƏRİCAT

  • Allah sadiq bəndələri ilə şər adamlar arasında hökm çıxarır

    • Allah qurban gətirənlərlə əhd bağlayır (5)

    • «Allah Hakimdir» (6)

    • Bütün heyvanlar Allahındır (10, 11)

    • Allah şər adamları ifşa edir (16—21)

Asəfin məzmuru.+ 50  Allahlar Allahı Yehova+ danışır, Gündoğandan günbatanadək Bütün dünyanı çağırır.   Allah Siondan, gözəllik zirvəsindən+ parlayır.   Allahımız gələcək, susub durmayacaq.+ Önündən yandırıb-yaxan alov çıxır,+ Dövrəsində şiddətli fırtınalar qopur.+   Xalqını mühakimə etmək üçün+ Yuxarıda göyü, aşağıda yeri səsləyir:+   «Qurban gətirib Mənimlə əhd bağlayan kəsləri,+ Sadiq bəndələrimi yanıma toplayın».   Göylər Onun ədalətini bəyan edir, Çünki Allah Hakimdir.+ (Selah)   «Dinlə, ey xalqım, Mən danışacağam, Ey İsrail, sənə qarşı şəhadət verəcəyəm.+ Mənəm Allah, sənin Allahın.+   Sizi nə təqdim etdiyiniz qurbanlara görə, Nə də daim hüzuruma gətirdiyiniz yandırma qurbanlarına görə tənbeh etmirəm.+   Nə tövlənizdən bir buğaya, Nə ağıllarınızdan bir təkəyə ehtiyacım var.+ 10  Çünki bütün meşə heyvanları, Min dağda yaşayan heyvanlar Mənimdir.+ 11  Dağlardakı bütün quşları bir-bir tanıyıram,+ Çöllərdəki sürü-sürü heyvanlar Mənimdir. 12  Ac olsaydım da, sizə deməzdim, Çünki torpaq, torpağın üstündəki hər şey Mənimdir.+ 13  Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm?+ 14  Qoy Allaha gətirdiyiniz qurban şükranlar olsun,+ Haqq-Taalaya etdiyiniz nəzirləri yerinə yetirin.+ 15  Dar gününüzdə Məni çağırın,+ Sizi qurtararam, siz də Məni ucaldarsınız».+ 16  Şər adamlara isə Allah deyəcək: «Nə haqla qayda-qanunumdan danışırsınız,+ Əhdimi dilinizə gətirirsiniz?+ 17  Siz ki öyüd-nəsihətə xor baxırsınız, Sözlərimi qulaqardına vurursunuz.+ 18  Bir oğru görəndə əlini sıxırsınız*,+ Zinakara yoldaş olursunuz. 19  Dil-dodağınız ancaq şər yayır, Dilinizdən hiylə əskik olmur.+ 20  Oturub doğma qardaşınızın əleyhinə danışırsınız,+ Ananızın oğlunun eyiblərini açırsınız. 21  Siz belə edəndə dinmədim, Elə bildiniz ki, Mən də sizin kimiyəm. Xeyr! Sizi tənbeh edəcəyəm, Əməllərinizi qabağınıza düzəcəyəm.+ 22  Ey Allahı unudanlar,+ bunu nəzərə alın, Yoxsa sizi tikə-tikə edərəm, qurtaran olmaz. 23  Şükranlardan qurban gətirən, Məni ucaldır.+ Haqq yolda möhkəm duran Allahdan nicat görər».+

Haşiyələr

Digər variant: ona qoşulursunuz.