Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 5:1—12

MÜNDƏRİCAT

  • Yehova salehin pənahgahıdır

    • Allah zalıma nifrət edir (4, 5)

    • «Məni haqq yolunda apar» (8)

Dirijora. Davudun məzmuru. Nehilot* üçün. 5  Ey Yehova, eşit sözlərimi,+Ah-zarıma diqqət ver.   Sənə yalvarıram, ya Padşahım, Allahım,Fəryadıma qulaq as.   Sübh çağı səsimi eşidərsən,+ ey Yehova,Səhər çağı ürəyimi Sənə açaram,+ durub cavab gözləyərəm.   Çünki Sən şərdən xoşlanan Allah deyilsən,+Sənin yanında pis adama əsla yer yoxdur.+   Dikbaş adamlar hüzurunda dayana bilməz. Zalımlara nifrət edirsən,+   Yalan danışanları məhv edərsən.+ Zorakı, hiyləgər adamdan ikrah edirsən,+ ey Yehova.   Mən isə böyük məhəbbətin sayəsində+ Sənin evinə+ gələrəm,Müqəddəs məbədinə sarı dönüb ehtiramla səcdə qılaram.+   Ey Yehova, məni haqq yolunda apar,Düşmənlərimə görə önümdə yolunu hamar et.+   Onların ağzından düz söz çıxmır,Ürəkləri pislik yuvası,Boğazları açıq qəbirdir,Yağlı dillərini işə salırlar.+ 10  Ey Allahım, onları təqsirkar çıxararsan,Qazdıqları quyuya özləri düşərlər.+ Qoy hədsiz günahlarına görə uzaqlara atılsınlar,Çünki onlar Sənə qarşı qalxıblar. 11  Sənə pənah gətirənlər isə sevinər,+Hey sevinc sədaları ucaldar. Qanadını onların üzərinə gərərsən,Adını əziz tutanların hədsiz sevinci Sən olarsan. 12  Çünki Sən, saleh adamı mübarək edərsən, ey Yehova,Lütfün onun ətrafında qalxan olar.+

Haşiyələr