Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 49:1—20

MÜNDƏRİCAT

  • Var-dövlətə güvənmək ağılsızlıqdır

    • İnsan qardaşı üçün fidyə verə bilməz (7, 8)

    • «Mənim canımı Allah Məzarın pəncəsindən qurtaracaq» (15)

    • Sərvət insanı ölümdən qurtara bilməz (16, 17)

Dirijora. Qarun oğullarının məzmuru.+ 49  Qulaq asın, ey xalqlar, Dinləyin, ey dünya əhli,   Ey kiçiklər, ey böyüklər, Ey varlılar, ey kasıblar.   Ağzımı hikmətlə açacağam, Ürəyimdən dərin düşüncələr çıxacaq.+   Məsələ qulaq asacağam, Tapmacanı çəngin müşayiətilə açacağam.   Ayağımdan dartanların pisliyi ətrafımı bürüyəndə, Ağır günlər gələndə nədən qorxmalıyam ki?+   Malına, mülkünə güvənənlərin,+ Var-dövləti ilə öyünənlərin+   Heç biri qardaşını qurtara bilməz, Onun üçün Allaha fidyə verə bilməz.+   (İnsan həyatının fidyəsi elə bahadır ki, Heç vaxt ona əli çatmaz.)   Belə ki, o, əbədi yaşasın, qəbrə getməsin.+ 10  O görür ki, hikmətli də, Ağılsız da, axmaq da ölüb gedir,+ Onların malı, mülkü başqasına qalır.+ 11  Ürəkdə arzulayırlar ki, evləri durduqca dursun, Yurd-yuvaları nəsildən-nəslə qalsın. Mülklərinə öz adlarını veriblər. 12  İnsan nə qədər adlı-sanlı olsa da, əbədi qalan deyil,+ Ölüb yox olan heyvana bənzər sonu.+ 13  Ağılsız adamların aqibəti belədir,+ Boş sözlərindən xoşhallanıb dallarınca düşənlərin də. (Selah) 14  Onlar Məzara* sürüləcək qoyun kimidir, Ölüm onları otaracaq, Sabah açılanda əməlisalehlər onlara ağalıq edəcək,+ Onlardan əsər-əlamət qalmayacaq,+ Məskənləri imarət yox, Məzar+ olacaq.+ 15  Mənim isə canımı Allah Məzarın* pəncəsindən qurtaracaq,+ Özü məni tutacaq. (Selah) 16  Kimsə varlananda, Evinin cah-calalı artanda qorxma. 17  Çünki öləndə özü ilə heç nə aparmaz,+ Sərvəti dalınca torpağa getməz.+ 18  Ömrü boyu öz-özünü tərifləyir.+ (Uğurlu olanda hamı səni tərifləyər.)+ 19  Nəhayətdə əcdadlarına qovuşar. Bir daha işıq üzü görməyəcək onlar. 20  Bunu dərk etməyən insan nə qədər adlı-sanlı olsa da,+ Ölüb yox olan heyvana bənzər sonu.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
İbr. şeol. Lüğətə bax.