Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 48:1—14

MÜNDƏRİCAT

  • Böyük Padşahın şəhəri Sion

    • Dünyanın sevinci (2)

    • Şəhəri və qüllələrini nəzərdən keçirin (11—13)

Qarun oğullarının məzmuru.+ 48  Yehova böyükdür, Allahımızın şəhərində, Müqəddəs dağında böyük təriflərə layiqdir.   Böyük Padşahın şəhəri,+ Ucqar şimalda Sion dağı Ucadır, gözəldir, sevincidir dünyanın.+   Onun qala bürclərində Allah Özünü sığınacaq kimi göstərdi.+   Bax, padşahlar birləşdilər, Bir yerdə gəldilər,   Şəhəri görəndə çaşıb qaldılar, Təlaşa düşdülər, qorxub qaçdılar.   Canlarına vicvicə düşdü, Hamilə qadıntək onları sancı tutdu.   Sən şərq küləyi ilə Tarşiş gəmilərini parçalayırsan.   Qulağımız eşidənləri, indi gözümüz görür, Ordular Allahı Yehovanın şəhərində, Allahımızın şəhərində. Allah onu əbədiyyən hifz edəcək.+ (Selah)   Ey Allah, məbədində dayanıb Sənin məhəbbətin barədə düşündük.+ 10  Adın kimi, Sənə deyilən təriflər də Yerin hüdudlarına çatır.+ Sağ əlin haqq-ədalətlə doludur.+ 11  Sənin hökmlərinə görə Sion dağı+ sevinsin, Yəhuda şəhərləri* şadlansın.+ 12  Sionun ətrafını gəzib-dolaşın, Qüllələrini sayın.+ 13  Möhkəm səddinə+ nəzər salın, Qala bürclərinə diqqətlə baxın ki, Gələcək nəsillərə danışasınız. 14  Bu Allah əbədiyyən bizim Allahımızdır,+ Əbədiyyən* bizə yol göstərəcək.+

Haşiyələr

Hərfən: qızları.
Digər variant: biz ölənədək.