Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 47:1—9

MÜNDƏRİCAT

  • Allah dünya üzərində padşahdır

    • «Yehova zəhmlidir» (2)

    • Allahı nəğmələrdə tərənnüm edin (6, 7)

Dirijora. Qarun oğullarının məzmuru.+ 47  Əl çalın, ey xalqlar, Zəfər nidaları, sevinc sədaları ilə Allahı mədh edin!   Çünki Haqq-Taala Yehova zəhmlidir,+ Bütün dünya üzərində böyük padşahdır.+   Ümmətləri bizə tabe edər, Xalqları ayağımızın altına sərər.+   Sevdiyi Yaqubun+ iftixarını, Mirasımızı bizim üçün O seçər.+ (Selah)   Yehova Allah sevinc sədaları ilə, Şeypur səsləri ilə yüksəldi.   Tərənnüm edin Allahı, nəğmələrdə tərənnüm edin! Tərənnüm edin Padşahımızı, nəğmələrdə tərənnüm edin!   Çünki Allah bütün dünyanın padşahıdır,+ Onu nəğmələrdə tərənnüm edin və ağılla hərəkət edin.   Allah xalqlar üzərində padşah oldu,+ Allah müqəddəs taxtında əyləşib.   İbrahimin Allahının xalqı ilə Bir yerə toplaşdı xalqların əsilzadələri. Çünki yer üzünün hakimləri Allaha məxsusdur. O, ucalardan ucadır.+

Haşiyələr