Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 46:1—11

MÜNDƏRİCAT

  • «Allah pənahımızdır»

    • Allah heyrətli işlər edib (8)

    • Allah bütün yer üzündə döyüşləri kəsir (9)

Dirijora. Qarun oğullarının məzmuru.+ Alamut* üslubunda. 46  Allah gücümüz, pənahımızdır,+Dar gündə köməyə hazırdır.+   Dünya alt-üst olsa da,Dağlar sarsılıb dənizin dibinə düşsə də, biz qorxmarıq.+   Dənizin suları coşub köpüklənsə də,+Kükrəyişindən dağlar titrəsə də, qorxmarıq. (Selah)   Bir çay var, suları Allahın şəhərinə,Haqq-Taalanın möhtəşəm, Müqəddəs çadırına sevinc axıdır.+   Allah oradadır,+ o şəhər fəth edilməz, Dan yeri söküləndə Allah onun dadına çatar.+   Xalqlar coşar, səltənətlər sarsılar,Onun səsi guruldadı, yer üzü əridi.+   Ordular Allahı Yehova bizimlədir!+Yaqubun Allahı qalamızdır! (Selah)   Gəlin, Yehovanın gördüyü işlərə baxın,Görün yer üzündə necə heyrətli şeylər edib.   Yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir,+ Kamanı qırır, nizəni sındırır,Cəng arabalarını* oda atır. 10  «Təslim olun, ey insanlar, bilin ki, Allah Mənəm. Xalqlar arasında ucalacağam,+Bütün dünyada ucalacağam».+ 11  Ordular Allahı Yehova bizimlədir!+Yaqubun Allahı qalamızdır!+ (Selah)

Haşiyələr

Digər variant: qalxanları.