Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 45:1—17

MÜNDƏRİCAT

  • Məsh olunmuş padşahın nikahı

    • «Ağzından lətafətli sözlər tökülür» (2)

    • «Taxtının təməli Allahdır» (6)

    • Padşah gəlinin gözəlliyinə məftundur (11)

    • Oğulları bütün yer üzündə əmir olacaq (16)

Dirijora. «Zanbaqlar»* üçün. Qarun oğullarının məzmuru.+ Maskil*. Məhəbbət nəğməsi. 45  Gözəl bir sözlə çağlayır qəlbim, Deyirəm: «Bu nəğməm padşah haqdadır».+ Dilim mahir bir xəttatın qələmi+ kimi olsun.+   Sən bəşər oğullarının ən gözəlisən, Ağzından lətafətli sözlər tökülür.+ Buna görə Allah sənə əbədi nemətlər verəcək.+   Ey igid!+ Əzəmətinlə, calalınla+ Qılıncını+ belinə tax.   Həqiqət, təvazökarlıq, salehlik naminə+ Atına min, qələbəyə doğru çap əzəmətinlə!+ Sağ əlin heybətli işlər görəcək.   Oxların nə itidir! Xalqları qabağında yerə sərir,+ Padşahın düşmənlərinin köksünə saplanır.+   Taxtının təməli Allahdır*, əbədiyyən, sonsuzadək,+ Padşahlıq əsan ədalət əsasıdır.+   Salehliyi sevir,+ pisliyə nifrət edirsən,+ Buna görə Allah, sənin Allahın səni yoldaşlarından daha çox şadlıq yağı+ ilə məsh etdi.+   Bütün libasların mürr, əzvay, darçın ətri qoxur, Şirmayı ilə bəzənmiş möhtəşəm sarayında telli alətlərin avazı səni xoşhal edir.   Mötəbər xanımlarının arasında padşah qızları var, Ofir qızılı+ ilə bəzənmiş məlikə sağ yanında durur. 10  Qulaq as, qızım, diqqət ver, gör nə deyirəm, Xalqını, ata evini unut. 11  Qoy padşah sənin gözəlliyinə məftun olsun, Bil ki, o, sənin ağandır, Ona təzim et. 12  Sur qızı əlində sovqat gələcək. Varlı-dövlətlilər səndən iltifat diləyəcək. 13  Padşah qızı evdədir, cah-calal içində, Zər naxışlı libasındadır. 14  Nəfis* libasında padşahın qarşısına çıxarılacaq. Rəfiqələri, ardınca gedən qızlar da sənin hüzuruna gətiriləcək. 15  Onlar sevinclə, şadyanalıqla gətiriləcək, Padşah sarayına girəcəklər. 16  Ata-babalarının yerini oğulların tutacaq, Onları bütün yer üzündə əmir qoyacaqsan.+ 17  Adını gələcək nəsillərə tanıdacağam.+ Xalqlar sənə əbədiyyən, sonsuzadək alqış deyəcək.

Haşiyələr

Mənası tam məlum deyil. Simli alət, musiqi janrı, yaxud melodiya olduğu ehtimal edilir.
Hərfən: taxtın Allahdır.
Digər variant: naxışlı.