Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 44:1—26

MÜNDƏRİCAT

  • İmdad duası

    • «Bizi düşmənlərdən qurtaran Sən oldun» (7)

    • «Bizi kəsimlik qoyun hesab edirlər» (22)

    • «Qalx, ey İmdadımız» (26)

Dirijora. Qarun oğullarının məzmuru.+ Maskil*. 44  Ey Allah, qulağımızla eşitmişik, Ata-babalarımız bizə danışıb,+ Onların dövründə, Qədim zamanlarda gördüyün işləri.   Sən xalqları əlinlə qovdun,+ Ata-babalarımızı orada məskunlaşdırdın.+ Xalqları darmadağın etdin, onları qovdun.+   Onlar bu torpağa qılıncları ilə yiyələnmədilər,+ Qollarının qüvvəti ilə qələbə çalmadılar,+ Sənin qüdrətin, sağ əlin+ və üzünün nuru ilə oldu bütün bunlar, Çünki onları sevirdin.+   Sən padşahımsan, ey Allahım,+ Yaquba tam qələbə ver.   Düşmənlərimizi köməyinlə qovarıq,+ Üstümüzə qalxanları Sənin adınla əzərik.+   Çünki ox-kamanıma güvənmirəm, Məni qurtaran qılıncım deyil.+   Bizi düşmənlərdən qurtaran Sən oldun,+ Bizə nifrət edənləri rüsvay etdin.   Hər gün Allaha alqış edərik, Daima adına şükür edərik. (Selah)   İndi bizi tərk edib xar etmisən, Ordularımızın üstündə döyüşə çıxmırsan. 10  Bizi düşmənlərin qabağından qaçmağa vadar edirsən,+ Bizə nifrət edənlər bizi soyub-talayır. 11  Qoydun ki, bizi qoyun kimi yesinlər, Xalqlar arasına pərən-pərən saldın.+ 12  Xalqını dəyər-dəyməzə satırsan,+ Heç bir qazanc götürmürsən. 13  Bizi qonşuların yanında rüsvay edirsən, Ətrafdakılar bizi lağa qoyur, ələ salırlar. 14  Xalqlar arasında dilə-dişə salırsan,+ Başlarını yırğalayıb bizə gülürlər. 15  Bütün günü xəcalət içindəyəm, Utandığımdan başımı qaldıra bilmirəm, 16  İstehza edənlərin, təhqir edənlərin səsindən, Düşmənlərimizin, bizdən qisas almaq istəyənlərin əlindən. 17  Bütün bunlar başımıza gəldi, fəqət Səni unutmadıq, Əhdinə+ xəyanət etmədik. 18  Ürəyimiz Səndən dönməyib, Addımlarımız yolundan ayrılmır. 19  Çaqqalların məkanında əzdin bizi, Qatı qaranlığa qərq etdin. 20  Allahımızın adını unutsaq, Yad allaha əl açsaq, 21  Allah bunu üzə çıxarmazmı? Axı O, ürəyin sirlərindən agahdır.+ 22  Sənə görə bütün günü öldürülürük, Bizi kəsimlik qoyun hesab edirlər.+ 23  Ah Yehova, niyə yatmısan? Nə olar, qalx.+ Bizi həmişəlik tərk etmə. Nə olar, oyan!+ 24  Niyə bizdən üz döndərirsən? Niyə çəkdiyimiz zülmü, əzabı görmürsən? 25  Bax, torpağa qədər əyilmişik, Bədənimiz yerə yapışıb.+ 26  Nə olar, qalx, ey İmdadımız,+ Məhəbbətin* naminə bizi qurtar.+

Haşiyələr