Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 42:1—11

MÜNDƏRİCAT

  • Ulu Xilaskarın vəsfi

    • «Maral axar sulara həsrət qaldığı kimi» (1, 2)

    • «Niyə qırılmısan, ey könlüm?» (5, 11)

    • «Sən Allahı gözlə» (5, 11)

Dirijora. Qarun oğulları+ üçün Maskil*. 42  Maral axar sulara həsrət qaldığı kimi, Könlüm Sənin həsrətindədir, Pərvərdigara.   Qəlbim Allahın, var olan Allahın həsrətindədir.+ Nə vaxt gedib Allahın hüzurunda duracağam, bilmirəm.+   Göz yaşlarım mənə qida olub gecə-gündüz, Camaatsa bütün günü: «Hanı sənin Allahın?» — deyir.+   Ötən günləri xatırladıqca ürəyim sızıldayır. Vaxt var idi izdihamla bir addımlayırdım, Bayram edən camaatın Sevinc, şükran səsləri ucalarkən Onların önündə Allahın evinə gedirdim.+   Niyə qırılmısan, ey könlüm?+ Niyə köksümdə çırpınırsan? Sən Allahı gözlə,+ Çünki mən hələ Allahımı, ulu Xilaskarımı ucaldacağam.+   Ey Allahım, köksümdə qəlbim qırılıb.+ Buna görə İordan torpağında, Hərmun zirvələrində, Mizar dağında Yada salıram Səni.+   Şəlalələrinin səsini eşidib Ümman ümmanı səsləyir. Dalğalanan suların aşıb üstümdən keçir.+   Gündüzlər Yehova məhəbbətini göstərər, Nəğməsi dilimdən düşməz gecələr, həyatımın Allahına+ o dualar.   Allahıma, yalçın qayama deyərəm: «Niyə məni unutmusan?+ Niyə düşmənlərimin zülmünə görə qəmli gəzim?»+ 10  Düşmənlərim nifrətlə* istehza edir, Bütün günü: «Hanı sənin Allahın?» — deyə rişxənd edirlər.+ 11  Niyə qırılmısan, ey könlüm? Niyə köksümdə çırpınırsan? Sən Allahı gözlə,+ Çünki mən hələ Allahımı, ulu Xilaskarımı ucaldacağam.+

Haşiyələr

Digər variant: sümüklərimi qırantək.