Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 41:1—13

MÜNDƏRİCAT

  • Xəstə vaxtı Davudun duası

    • Allah xəstənin yastığını yüngül edər (3)

    • Yaxın dostun xəyanəti (9)

Dirijora. Davudun məzmuru. 41  Fağıra nəzər salan bəxtiyardır,+Dar günündə Yehova onu qurtarar.   Yehova onu hifz edər, həyatını qoruyar, Bəxtəvər deyərlər cahanda ona!+Onu əsla düşmənlərinin pəncəsinə verməzsən,+   Yatağa düşəndə, Yehova, ona dayaq olarsan,+Xəstələnəndə yastığını yüngül edərsən*.   Dedim: «Yehova, mənə rəhm et.+ Sənə qarşı günah etmişəm,+ canıma şəfa ver».+   Düşmənlərim əleyhimə danışaraq deyirlər: «Bu, nə vaxt öləcək, adı nə vaxt itib-batacaq?»   Onlardan biri məni görməyə gələndə ürəyindən yalan keçər, Gözü nəsə axtarar,Sonra çıxıb aləmə car çəkər.   Mənə nifrət edənlər yığışıb pıç-pıç edir,Ayağımın altını qazırlar.   Deyirlər: «Elə bir dərdə düçar olub ki,Yatağa düşüb, bir daha qalxmaz».+   Hətta güvəndiyim kəs, yaxın dostum,+Çörək kəsdiyim adam mənə xəyanət etdi*.+ 10  Ey Yehova, mənə rəhm et, ayağa qaldır,Qoy onlardan əvəz çıxım. 11  Düşmənimin zəfər səsi yüksəlməzsə, Bilərəm ki, məndən razısan.+ 12  Kamil olduğum üçün mənə arxa olursan,+Məni həmişəlik hüzurunda saxlarsan.+ 13  İsrailin Allahı YehovayaƏzəldən əbədiyyətədək alqış olsun!+ Amin! Amin!

Haşiyələr

Hərfən: yatağını büsbütün dəyişərsən.
Hərfən: mənə dabanını qaldırdı.