Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 40:1—17

MÜNDƏRİCAT

  • Misilsiz Allaha şükran

    • Allahın gördüyü işlər saya gəlməz (5)

    • «Sən qurban və təqdimə istəmədin» (6)

    • «İstəyini yerinə yetirməkdən həzz alıram» (8)

Dirijora. Davudun məzmuru. 40  Yehovaya ümid bağlamışdım, Qulağını mənə sarı əydi, fəryadımı eşitdi.+   Məni uğultulu dərədən, Lil-bataqlıqdan çəkib çıxartdı. Ayağımı qaya üzərinə qoydu, Ayağımın altını bərkitdi.   Dilimə yeni nəğmə,+ Allahımıza mədh nəğməsi qoydu. Çoxları görüb qorxacaq, Yehovaya bel bağlayacaq.   Nə xoşbəxtdir Yehovaya arxalanan, Asilərə, yalançılara üz tutmayan adam!   Ey Allahım Yehova, Gördüyün işlər saya gəlməz, Möcüzələrin, bizimlə bağlı fikirlərin nə çoxdur!+ Onlardan danışmağa başlasam, Sayıb qurtara bilmərəm.+ Sənin mislin-bərabərin yoxdur.+   Sən qurban və təqdimə istəmədin;+ Mənim qulaqlarımı açdın.+ Yandırma qurbanı, günah qurbanı istəmədin.+   O zaman dedim: «Budur, gəlmişəm, Tumarda mənim haqqımda yazılıb.+   Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram,+ Qanunun qəlbimdədir.+   Böyük məclisdə salehlik müjdəsini bəyan edirəm,+ Susmuram,+ Ey Yehova, bundan agahsan. 10  Sənin ədalətini ürəyimdə gizlətmirəm, Sədaqətini, verdiyin qurtuluşu bəyan edirəm, Böyük məclisdə məhəbbətindən, həqiqətindən danışıram, gizlətmirəm».+ 11  Ey Yehova, mərhəmətini məndən əsirgəmə, Qoy məhəbbətin, həqiqətin daim məni qorusun.+ 12  Bəlalar məni əhatəyə alıb, sayı-hesabı yoxdur,+ Təqsirlərim başımdan aşır, yolumu görə bilmirəm,+ Başımın tükündən də çoxdur onlar. Könlüm pərişandır. 13  Aman, Yehova, qurtar məni,+ Yehova, tez gəl, dadıma yetiş.+ 14  Qoy canımın qəsdinə duranların hamısı Rüsvay olsun, rəzil olsun, Qoy fəlakətimə sevinənlər Biabır olub geri çəkilsin. 15  «Oxay, əcəb oldu!» — deyənlər Xəcalətdən çaşbaş qalsın. 16  Qoy Səni axtaranlar+ Səndə sevinc tapsın, fərəhlənsin.+ Səndən nicat gözləyənlər durmadan: «Qoy Yehova ucalsın!» — desin.+ 17  Köməksizəm, fəqirəm, Yehova Özü mənə nəzər salsın. Sənsən imdadım, xilaskarım,+ Nə olar, ey Allahım, ləngimə.+

Haşiyələr