Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 39:1—13

MÜNDƏRİCAT

  • Ömrün qısalığı

    • İnsan sadəcə nəfəsdir (5, 11)

    • «Göz yaşlarıma biganə qalma» (12)

Dirijora. Yaditun*+ üçün. Davudun məzmuru. 39  Dedim: «Hər addımıma fikir verəcəyəm ki, Dilimlə günah işləməyim.+ Şər adam önümdə durduqca Ağzıma cilov vuraram».+   Dilimi saxladım, susdum,+ Yaxşı şeylərdən belə, danışmadım. Amma dərdim ağırlaşdı,   Qəlbim köksümdə közərdi, Fikirləşdikcə alışıb yandı, O zaman dilimdən bu sözlər qopdu:   «Ah Yehova, axırım necə olacaq, mənə bildir, Ömrümdən nə qədər qalıb?+ De bilim, ömrüm nə qədər qısadır?   Həqiqətən, mənə verdiyin həyat çox qısa,+ Ömrüm Sənin önündə bir heçdir.+ İnsan yıxılmaz görünsə də, sadəcə bir nəfəsdir.+ (Selah)   Bəli, insan kölgətək gəzib–dolaşır, Boş yerə əlləşib vuruşur, Var-dövlət yığır, kimə qalacağını bilmir.+   Belə isə, ey Yehova, ümidimi nəyə bağlayım? Ümidim bircə Sənsən.   Bütün təqsirlərimdən keç,+ Qoyma axmaq adam məni xar etsin.   Mən susdum, lal oldum, Dinib-danışa bilmədim,+ Çünki bu iş Səndən idi.+ 10  Göndərdiyin bəlanı üstümdən götür, Amansız əlindən canımda can qalmayıb. 11  Sən insanı günahına görə cəzalandırıb islah edirsən,+ Ona əziz şeyləri məhv edirsən, sanki, güvə yeyir. Doğrudan da, insan sadəcə bir nəfəsdir.+ (Selah) 12  Duamı eşit, ey Yehova, Yalvarışımı dinlə,+ Göz yaşlarıma biganə qalma. Sənin önündə bir qəribəm,+ Ata-babalarım kimi bir yolçuyam.+ 13  Kükrəyən qəzəbini məndən yan eylə, Qoy ölüb getməzdən əvvəl üzüm gülsün».

Haşiyələr