Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 38:1—22

MÜNDƏRİCAT

  • Tövbəkarın duası

    • «Kədər məni çulğayıb» (6)

    • Yehova Onu gözləyənləri eşidir (15)

    • «Günahım ucbatından özümə yer tapmırdım» (18)

Davudun məzmuru. Öyüd. 38  Ey Yehova, məni qəzəblə tənbeh etmə,Hiddətlə islah etmə məni.+   Oxların içimə sancılıb,Əlin üzərimdə ağırdır.+   Qəzəbindən bütün bədənim ağrıyır, Günahım ucbatından rahatlığımı itirmişəm.+   Təqsirlərim başımdan aşır,+Sanki, ağır yükdür, daşımaq olmur.   Ağılsızlığım ucbatındanYaralarım irinləyib, iy verir.   Kədər məni çulğayıb, qəddim tamam bükülüb,Bütün günü qəmli-qəmli gəzirəm.   İçim od tutub yanır,Bütün bədənim ağrıyır.+   Taqətdən düşdüm, büsbütün əzilmişəm,Qəlbimin sızıltısından fəğan edirəm.   Ey Yehova, arzu-diləyim önündədir,Ah-zarım Səndən gizli deyil. 10  Ürəyim çırpınır, taqətim kəsilib,Gözümün nuru sönüb.+ 11  Dost-aşna azarımı görüb məndən gen gəzir,Tanış-biliş uzaqda durur. 12  Canımın qəsdinə duranlar mənə tələ qururlar,Məni yıxmaq istəyənlər əleyhimə danışırlar,+Səhərdən axşamadək pıç-pıç edib hiylə qururlar. 13  Mən isə, elə bil, karam, eşitmirəm,+Sanki, dilim laldır, ağzımı açmıram.+ 14  Qulaqları eşitməyən,Müdafiə üçün sözü olmayan adam kimi olmuşam. 15  Çünki Səni gözləyirdim, ey Yehova,+Sən də hay verdin, ey Allahım Yehova.+ 16  Dedim: «Qoyma bədbəxtliyimə sevinsinlər,Ayağım sürüşəndə önümdə qürrələnsinlər». 17  Az qala yıxılacaqdım,İztirabım həmişə mənimlə idi.+ 18  Təqsirimi açıb danışdım,+Günahım ucbatından özümə yer tapmırdım.+ 19  Düşmənlərim gümrahdır, güclüdür*,Nahaqdan mənə nifrət edənlər çoxalıb. 20  Yaxşılığımın əvəzini yamanlıqla qaytardılar,Yaxşılıq dalınca düşdüyümçün əleyhimə çıxdılar. 21  Yehova, məni tərk etmə, Uzaq durma məndən, ey Allahım.+ 22  İmdadıma tez yetiş,Ey mənim qurtuluşum, Yehova!+

Haşiyələr

Digər variant: nahaqdan mənə düşmən kəsilənlər çoxdur.