Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 36:1—12

MÜNDƏRİCAT

  • Allahın məhəbbəti

    • Pis adam Allah qorxusu bilmir (1)

    • Allah həyat mənbəyidir (9)

    • «Sənin nurunla görürük biz nur» (9)

Dirijora. Yehovanın qulu Davudun məzmuru. 36  Pis adamın ürəyinin dərinliyində günah pıçıldayır, O, Allah qorxusu bilmir.+   Özündən elə razıdır ki, Nə günahını görür, nə ondan ikrah edir.+   Dilindən fitnə-fəsad düşmür, Yaxşı iş görməyə düşüncəsi çatmır.   Yatağında belə, fitnə qurur, Əyri yolda dayanır, Şəri özündən qovmur.   Ey Yehova, Sənin məhəbbətin göylərə çatır,+ Sədaqətin buludlara dirənir.   Ədalətin vüqarlı dağlar kimidir,+ Hökmlərin əngin sulara bənzər.+ Ey Yehova, insanı da, heyvanı da Sənsən qoruyan.+   Pərvərdigara, məhəbbətin* necə də əzizdir!+ Bəşər oğulları qanadlarının Kölgəsinə sığınar.+   Evinin nemətlərini bol-bol dadırlar,+ Gur axan zövq-səfa sularını içirdirsən onlara.+   Həyat mənbəyi Sənsən,+ Sənin nurunla görürük biz nur.+ 10  Səni tanıyanlardan məhəbbətini,+ Ürəyidüz adamlardan ədalətini əsirgəmə.+ 11  Qoyma təkəbbürlü adam üstümə ayaq alsın, Şər adam məni yurd-yuvamdan etsin. 12  Bax, günahkarlar yıxıldı, Yerə sərildi, ayağa dura bilmirlər.+

Haşiyələr