Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 35:1—28

MÜNDƏRİCAT

  • Düşmənlərin əlindən imdad duası

    • Düşmənlər qovulsun (5)

    • Allah camaat arasında mədh edilir (18)

    • Nahaq yerə nifrət edirlər (19)

Davudun məzmuru. 35  Ey Yehova, mənimlə çəkişənlərlə çəkiş,+Döyüşənlərlə döyüş.+   Sipər-qalxanını* götür,+Gəl, qoru məni.+   Nizəni, baltanı dalımca düşənlərin üstünə qaldır,+ «Sənin nicatınam» de mənə.+   Qoy canıma qəsd edənlər rüsvay olsunlar, alçalsınlar,+ Mənə qarşı pis niyyəti olanlar biabır olub geri çəkilsinlər.   Küləyin sovurduğu saman çöpü kimi olsunlar,Yehovanın mələyi onları qabağına qatıb qovsun.+   Qoy yolları sürüşkən olsun, zülmət olsun,Yehovanın mələyi onları qovanda.   Nahaqdan canım üçün çala qazdılar,Üzərinə tor sərdilər.   Qoy başlarına qəfil fəlakət gəlsin,Qurduqları tora özləri düşsün,Çalaya yıxılıb tələf olsunlar.+   Qəlbimin sevinci Yehova olacaq,Könlüm Onun verdiyi qurtuluşa şadlanacaq. 10  Bütün varlığımla deyim: «Ey Yehova, məzlumu qoluzorlunun əlindən,+ Biçarəni, kasıbı qəsbkardan qurtaran,+Sənin kimisi varmı?» 11  Fitnəkar şahidlər qalxır,+Bilmədiyim şeyləri soruşurlar. 12  Canım matəm içindədir,Yaxşılığımın əvəzində yamanlıq edirlər.+ 13  Ancaq onlar xəstələnəndə mən çula bürünərdim,Oruc tutub canıma qəsd edərdim,Duam cavabsız qalanda, 14  Sanki, dostum, qardaşımdan ötrü qəmə batardım;Anasına yas tutan adam kimi kədərdən qəddim bükülərdi. 15  Onlar isə mən axsayanda sevindilər, toplaşdılar,Toplaşıb birləşdilər, məni xəlvətdən vurmaq üçün.Məni parçaladılar, mənə hey böhtan atdılar. 16  Allahsızlar məni lağa qoyurlar*.Mənə diş qıcayırlar.+ 17  Ey Yehova, nə vaxtadək durub baxacaqsan?+ Canımı onların həmləsindən,+Şirin canımı gənc aslanın pəncəsindən qurtar.+ 18  Onda böyük məclis içrə Sənə həmd edərəm,+Camaat arasında Səni mədh edərəm. 19  Qoyma nahaqdan mənə düşmən kəsilənlər halıma sevinsin,Nahaq yerə mənə nifrət edənlər+ bir-birinə göz vursun.+ 20  Çünki onların dilindən xoş söz* çıxmaz,Dünyanın dinc sakinlərinə qarşı fitnə-fəsad qurarlar.+ 21  Məni ittiham etmək üçün ağızlarını geniş açır,«Aha! Gözümüzlə gördük!» — deyirlər. 22  Ey Yehova, bütün bunları görürsən, susma.+ Yehova, məndən uzaq durma.+ 23  Qalx, məni müdafiə et,Ey Allahım Yehova, məhkəmədə tərəfimi tut. 24  Məni ədalətinlə mühakimə et,+ ey Allahım Yehova,Qoy onlar halıma sevinməsin. 25  Ürəklərində: «Oxay! Muradımıza çatdıq», — deməsinlər, «Əcəb onun başını yedik», — söyləməsinlər.+ 26  Pis günümə sevinənlərinHamısı xəcil, biabır olsun. Önümdə qürrələnənlər rüsvayçılığa, rəzilliyə bürünsünlər. 27  Qoy salehliyimə sevinib-şadlananlarDurmadan desinlər: «Qulunun əmin-amanlığına sevinən Yehovaya eşq olsun!»+ 28  Onda ədalətin dilimdən düşməz,+Bütün günü Sənə alqış edərəm.+

Haşiyələr

Yaxud kiçik qalxanını və böyük qalxanını.
Digər variant: allahsızlar bir kökəyə məni lağa qoyurlar.
Hərfən: sülh sözləri.