Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 34:1—22

MÜNDƏRİCAT

  • Yehova qullarını xilas edir

    • «Yehovanı birgə yüksəldək» (3)

    • Yehovanın mələyi xilas edir (7)

    • «Dadın, görün necə gözəldir Yehova» (8)

    • «Heç bir sümüyü sınmamışdır» (20)

Davudun məzmuru. Əbuməlikin qarşısında özünü dəliliyə vurub+ qovulanda. א [Alef]* 34  Hər zaman Yehovaya şükür edərəm, Dilim daim Ona alqış deyər. ב [Bet]   Könlüm Yehova ilə öyünər,+ Həlimlər eşidib sevinər. ג [Qimel]   Yehovanı mənimlə birgə ucaldın,+ Gəlin Onun adını birgə yüksəldək. ד [Dalet]   Yehovaya üz tutdum, mənə hay verdi,+ Məni bütün qorxulardan azad etdi.+ ה [He]   Gözünü Ona dikənlərin çöhrəsi parladı, Üzləri xəcalətdən qızarmaz. ז [Zayn]   Bu məzlum çağırdı, Yehova eşitdi, Bütün bəlalardan onu qurtardı.+ ח [Xet]   Yehovanın mələyi Ondan qorxanların ətrafında düşərgə qurur,+ Onları xilas edir.+ ט [Tet]   Dadın, görün necə gözəldir* Yehova,+ Ona sığınan nə bəxtiyardır! י [Yud]   Yehovadan qorxun, ey Onun müqəddəs bəndələri, Ondan qorxan korluq çəkməz.+ כ [Kaf] 10  Gənc, güclü aslanlar ac-yalavac gəzər, Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz.+ ל [Lamed] 11  Gəlin, qulaq asın mənə, ey oğullarım, Sizə Yehovadan qorxmağın nə olduğunu öyrədim.+ מ [Mem] 12  Kim həyatdan həzz almaq, Yaxşı gün görmək istəyirsə,+ נ [Nun] 13  Qoy dilini şərdən,+ Ağzını məkrdən saxlasın.+ ס [Samex] 14  Qoy şərdən çəkinsin, xeyrə can atsın,+ Sülh axtarsın, sülhə can atsın.+ ע [Ayn] 15  Yehovanın gözü salehlərin üzərindədir,+ Qulağı onların yalvarışını eşidir.+ פ [Pe] 16  Yehova üzünü şər iş görənlərdən döndərir, Onların adını belə, yer üzündən siləcək.+ צ [Tsade] 17  Salehlər çağırdı, Yehova eşitdi,+ Onları bütün bəlalardan qurtardı.+ ק [Kof] 18  Yehova qəlbisınıqlara yaxındır,+ Pərişan insanları azad edir.+ ר [Reyş] 19  Salehin dərdi-səri çox olar,+ Lakin Yehova onu bütün bəlalardan qurtarar.+ ש [Şin] 20  Bütün sümüklərini qoruyur, Heç biri sınmamışdır.+ ת [Tav] 21  Şər adamın başına bəla gələr, onu məhv edər, Salehə nifrət edənlər məhkum olar. 22  Yehova qullarının canını xilas edər, Ona pənah gətirənlərin biri də məhkum edilməz.+

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Yaxud kəramətlidir.