Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 33:1—22

MÜNDƏRİCAT

  • Yaradanın mədhi

    • «Şəninə yeni nəğmə oxuyun» (3)

    • Yehovanın sözü və nəfəsi ilə yaranıblar (6)

    • Yehovanın xalqı bəxtiyardır (12)

    • Yehovanın gözü ondan qorxanların üzərindədir (18)

33  Ey salehlər, Yehovanın işlərinə görə sevinib-şadlanın!+ Dürüst adamın dilinə Allaha tərif yaraşır.   Çəng* çalıb Yehovaya həmd edin,On telli alətdə Onu tərənnüm edin.   Şəninə yeni nəğmə oxuyun,+Gözəl çalın, şən səsinizi yüksəldin.   Çünki Yehovanın sözü doğrudur,+Bütün işləri etibarlıdır.   Yehova salehliyi, ədaləti sevir.+ Məhəbbəti yer üzünü bürüyüb.+   Göylər Yehovanın sözü ilə,Orada olanlar ağzının nəfəsi ilə yarandı.+   Dəniz sularına, sanki, bənd çəkib saxlar,+Çağlayan suları anbarlara yığar.   Qoy bütün dünya Yehovadan qorxsun,+ Yer üzündə yaşayanlar lərzəyə gəlsin.   Çünki O dedi, hər şey var oldu,+Əmr etdi, hər şey bərqərar oldu.+ 10  Yehova xalqların niyyətini alt-üst etdi,+Ümmətlərin tədbirini puça çıxardı.+ 11  Yehovanın qərarları isə əbədi durar,+Qəlbinin düşüncələri nəsildən-nəslə yaşar. 12  Allahı Yehova olan xalq nə bəxtiyardır!+Onun Özünə mülk etdiyi xalq nə bəxtiyardır!+ 13  Yehova göylərdən seyr edir,Bütün bəşər oğullarını görür.+ 14  Məskənindən dünyanınBütün sakinlərinə baxır. 15  Hər qəlbi şəklə salan,Hər kəsin işinə qiymət verən Odur.+ 16  Heç bir padşah qoşununun çoxluğu ilə qurtulmaz,+Güc-qüvvət igidi xilas etməz.+ 17  Qurtuluş* üçün ata güvənmək əbəsdir,+Böyük gücü qurtuluşa zəmanət verməz. 18  Yehovanın gözü Ondan qorxanların,Ondan məhəbbət umanların üzərindədir ki,+ 19  Canlarını ölümdən qurtarsın,Qıtlıq zamanı onları sağ saxlasın.+ 20  Qəlbimiz Yehovanı gözlər, Odur yardımçımız, odur qalxanımız.+ 21  Könlümüz Onunla sevinər,Onun müqəddəs adına təvəkkül edirik.+ 22  Ey Yehova, məhəbbətini bizdən əsirgəmə,+Çünki Sənə ümid bağlamışıq.+

Haşiyələr

İbr. kinnor. Qədim yəhudilərdə simli alət.
Yaxud qələbə.