Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 32:1—11

MÜNDƏRİCAT

  • Xoş o kəsin halına ki, bağışlanır

    • «Günahımı Sənə etiraf etdim» (5)

    • Allah öyrədir (8)

Davudun məzmuru. Maskil*. 32  Xoş o kəsin halına ki, asiliyi bağışlanır, günahı əfv olunur.+   Xoş o kəsin halına ki, Yehova onu təqsirli bilməz,+ Qəlbində hiylə yoxdur.   Mən susduqca bütün günü inildədim, sümüklərim əridi.+   Gecə-gündüz əlin* üzərimdə ağır yük oldu,+ Yayın istisində buxarlanan su kimi, gücüm yox oldu. (Selah)   Nəhayət, günahımı Sənə etiraf etdim, Təqsirimi gizlətmədim.+ Dedim: «Yehovaya günahlarımı açım».+ Sən də günahlarımdan keçdin.+ (Selah)   Buna görə sadiq bəndələr Sənə dua edəcək,+ Hələ vaxt var ikən Səni axtaracaqlar.+ Hətta aşıb-daşan sular onları aparmaz.   Pənahgahım Sənsən, Məni bəladan qoruyarsan,+ Məni qurtuluş sədaları ilə dövrələyərsən.+ (Selah)   Dedin: «Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm,+ Sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq.+   At kimi, qatır kimi şüursuz olma.+ Onların dəlisovluğu cilov, noxta ilə ram edilər, Yoxsa yanına gəlməzlər». 10  Pislərin başı çox ağrı çəkər, Yehovaya güvənənləri isə Onun məhəbbəti əhatə edər.+ 11  Ey salehlər, sevinciniz Yehova olsun, şadlanın, Ürəyidüz olanlar, sevincdən haray salın!

Haşiyələr

Yaxud narazılığın.