Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 30:1—12

MÜNDƏRİCAT

  • Şivən sevincə çevrilər

    • Allahın lütfü ömür boyu davam edər (5)

Evin açılışı üçün Davudun məzmuru. 30  Səni ucaldacağam, ey Yehova, məni qaldırdın,Qoymadın düşmənlərim sevinsin.+   Ey Allahım Yehova, Səndən imdad dilədim, mənə şəfa verdin.+   Yehova, canımı Məzardan* qaldırdın,+ Qoymadın qəbrə enim, məni yaşatdın.+   Yehovanı nəğmələrdə tərənnüm edin, ey Onun sadiq bəndələri,+Onun müqəddəs adına+ şükür edin,   Çünki qəzəbi ani olar,+Lütfü isə ömür boyu davam edər.+ Axşam şivən qoparsa, sabah sevinc sədaları ilə açılar.+   Mən dinclik tapanda dedim: «Heç vaxt sarsılmaram».   Ey Yehova, lütfünlə məni dağtək sarsılmaz etdin.+ Məndən üz döndərəndə canıma qorxu düşdü.+   Səni çağırdım, ey Yehova.+Yehovadan lütf dilədim.   Ölsəm, qəbrə düşsəm, nə faydası?+ Torpaq Səni mədh edərmi?+ Sədaqətindən danışarmı?+ 10  Səsimi eşit, mənə lütf göstər, ey Yehova.+ Yehova, mənim köməyim ol.+ 11  Sən yasımı şənliyə çevirdin,Çulu çıxardıb əynimdən məni sevincə bürüyürsən, 12  Ta ki könlüm* susmasın, Səni tərənnüm etsin. Ey Yehova, ey Allahım, Səni əbədiyyən ucaldacağam!

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Hərfən: şərəfim.