Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 3:1—8

MÜNDƏRİCAT

  • Təhlükə qarşısında Yehovaya təvəkkül

    • Nə üçün düşmənlərim çoxaldı? (1)

    • «Qurtuluş Yehovadandır» (8)

Oğlu Absalamdan qaçdığı zaman+ Davudun yazdığı məzmur. 3  Ah Yehova, nə üçün düşmənlərim bu qədər çoxaldı?+ Nə üçün bir belə adam mənə qarşı çıxır?+   Çoxları barəmdə deyir: «Allah onu xilas etməyəcək».+ (Selah)*   Amma Sən, ey Yehova, mənim qalxanımsan,+ Mənim şərəfimsən,+ başımı dikəldən Sənsən.+   Mən Yehovanı çağıraram, O, müqəddəs dağından+ mənə hay verər. (Selah)   Mən uzanıb yataram, Dayağım Yehovadır, Mütləq oyanaram.+   Bürüsə də dörd yanımı on minlərlə adam, Onlardan qorxmaram.+   Qalx, ey Yehova! Qurtar məni,+ ey Allahım! Düşmənlərimin əngindən vur, Pislərin dişlərini qır.+   Əlin xalqının üzərindədir. Qurtuluş Yehovadandır.+ (Selah)

Haşiyələr