Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 29:1—11

MÜNDƏRİCAT

  • Yehovanın gurultulu səsi

    • Müqəddəs libaslarda səcdə (2)

    • «Əzəmətli Allah gurlayır» (3)

    • Yehova xalqına güc-qüvvət verir (11)

Davudun məzmuru. 29  Ey qüdrətlilərin oğulları, Yehovaya şərəf verin, Əzəmətinə, gücünə görə Yehovaya şərəf verin.+   Yehovaya adına layiq şərəf verin, Müqəddəs libaslarda* Yehovaya səcdə qılın.   Yehovanın səsi sular üzərində səslənir, Əzəmətli Allah gurlayır.+ Yehova əngin sular üzərindədir.+   Yehovanın səsi güclüdür!+ Yehovanın səsi əzəmətlidir!   Yehovanın səsi sidr ağaclarını sındırır, Bəli, Yehova Livan sidrlərini xıncım-xıncım edir.+   O, Livanı buzov kimi sıçradar, Şiryunu+ vəhşi öküz balası kimi oynadar.   Yehovanın səsi alov saçar,+   Yehovanın səsindən çöl titrəyər,+ Yehova Qədis+ çölünü silkələyər.   Yehovanın səsindən marallar doğar, Meşələr çılpaq qalar,+ Məbədində hər kəs Ona: «Eşq olsun!» — deyər. 10  Yehova sel-sular üzərində taxtda oturub,+ Yehova padşah kimi taxtında əbədi oturub.+ 11  Yehova xalqına güc-qüvvət verər,+ Yehova xalqına əmin-amanlıq bəxş edər.+

Haşiyələr

Digər variant: müqəddəsliyinin ehtişamına görə.