Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 28:1—9

MÜNDƏRİCAT

  • Davudun duası eşidilir

    • «Yehova gücüm, qalxanımdır» (7)

Davudun məzmuru. 28  Səni çağırıram, ey Yehova, ey mənim qayam,+Səsimə qulağını tıxama, Səsimə hay verməsən,Qəbrə enənlərə bənzərəm.+   Əllərimi məbədinin iç otağına tərəf açanda,+Səndən imdad diləyəndə yalvarışımı eşit.   Məni pis, zalım adamlara qatıb aparma,+O kəslərlə ki, adamla mehriban danışır, ürəkləri isə pisliklə doludur.+   Onlara əməllərinə görə ver,+Pisliklərinin cəzasını, İşlərinin əvəzini ver,Əməllərini başlarına gətir.+   Onlar Yehovanın işlərinə,Əllərinin yaratdıqlarına məhəl qoymurlar.+ O, onları yıxacaq, ayağa qaldırmayacaq.   Yehovaya şükürlər olsun,Yalvarışlarımı eşitdi.   Yehova gücüm,+ qalxanımdır,+Ürəyim Ona arxalanır,+ Onun köməyini gördüm, qəlbim sevincdən coşur,Nəğməmlə Onu tərənnüm edərəm.   Yehova Öz xalqının gücüdür,Məsh etdiyinə möhtəşəm qurtuluş verən istehkamdır.+   Ey Allahım, xalqını qurtar, irsini mübarək et,+ Onların çobanı ol, əbədiyyən qucağında gəzdir.+

Haşiyələr