Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 25:1—22

MÜNDƏRİCAT

  • Nəsihət və əfv barədə dua

    • «Mənə yollarını öyrət» (4)

    • Yehova ilə dostluq (14)

    • «Bütün günahlarımı əfv et» (18)

Davudun məzmuru. א [Alef]* 25  Sənə üz tutmuşam, ey Yehova, ב [Bet]   Ey Allahım, Sənə güvənmişəm,+Məni xəcalətdə qoyma.+ Qoyma düşmənlərim halıma gülsün.+ ג [Qimel]   Ümidini Sənə bağlayanların heç biri xəcil olmaz,+Nahaqdan mənə badalaq gələnlər isə rüsvay olar.+ ד [Dalet]   Mənə yollarını göstər, ey Yehova,+Mənə yollarını öyrət.+ ה [He]   Məni haqq yolunda yerit, mənə təlim ver,+Ey Allahım, Sənsən xilaskarım. ו [Vav] Əlim hər zaman Sənin ətəyindədir. ז [Zayn]   Ey Yehova, mərhəmətini, məhəbbətini yada sal,+Onları əzəldən bəri göstərirsən.+ ח [Xet]   Nə olar, cavanlıq səhvlərimi, günahlarımı yadına salma. Kəramətin naminə, ey Yehova,+Məni məhəbbətinlə+ xatırla. ט [Tet]   Yehova kəramətlidir, haqdır,+ O, günahkara düzgün yaşamağı öyrədir.+ י [Yud]   O, həlimləri doğruluğa yönəldər,+Onlara Öz yolunu öyrədər.+ כ [Kaf] 10  Əhdinə, öyüdlərinə+ tabe olanlar üçün+Yehovanın bütün yolları məhəbbət və sədaqət yoludur. ל [Lamed] 11  Adın naminə, ey Yehova,+Məni bağışla, hərçənd günahım böyükdür. מ [Mem] 12  Kim ki Yehovadan qorxur,+ Allah ona lazımi yolu göstərəcək.+ נ [Nun] 13  Firavanlıq görər o insan,+Nəsli də* yeri miras alacaq.+ ס [Samex] 14  Yehovadan qorxanların payı Onun dostluğudur,+O, onlara Öz əhdini bildirir.+ ע [Ayn] 15  Gözlərimi Yehovaya dikmişəm,+O, ayağımı tordan qurtarar.+ פ [Pe] 16  Nə olar, üzünü mənə çevir, mənə lütf göstər,Axı tənhayam, naçaram. צ [Tsade] 17  Könlümün qubarı artıb,+Qəm yükünü üstümdən götür. ר [Reyş] 18  Dərdimi, əzabımı gör,+Bütün günahlarımı əfv et.+ 19  Bax, gör düşmənlərim nə qədərdir,Mənə amansız nifrət edirlər. ש [Şin] 20  Canımı hifz et, məni qurtar,+ Qoyma rüsvay olum, axı Sənə sığınmışam. ת [Tav] 21  Qoy kamillik və dürüstlük məni qorusun,+Çünki ümidim Sənsən.+ 22  Ey Allahım, İsraili bütün bəlalardan qurtar.

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Hərfən: toxumu da.