Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 24:1—10

MÜNDƏRİCAT

  • Şanlı Padşah darvazalardan girir

    • «Yer, onun üzərindəki hər şey Yehovanındır» (1)

Davudun məzmuru. 24  Yer, onun üzərindəki hər şey,Torpaq və onun üstündə yaşayanlar Yehovanındır.+   O, Yeri dənizin üzərində qoydu,+Onu çayların üzərində bərkitdi.   Yehovanın dağına kim çıxa bilər?+Müqəddəs məkanında kim dura bilər?   Əlləri pak, qəlbi təmiz adam,+Varlığıma* yalandan and içməyən,Saxta and verməyən adam.+   O, Yehovadan xeyir-bərəkət alar,+Xilaskarı Allahın+ rizasını qazanar*.   Ey Yaqubun Allahı, onlardır Səni axtaran,Sənin camalını görmək istəyən. (Selah)   Başınızı qaldırın, ey darvazalar,+Açılın, ey qədimi keçidlər,Şanlı Padşah girsin içəri!+   Kimdir bu şanlı Padşah? Güclü, qüdrətli Yehova,+Döyüşdə qüdrətli Yehova!+   Başınızı qaldırın, ey darvazalar,+Açılın, ey qədimi keçidlər,Şanlı Padşah girsin içəri! 10  Kimdir bu şanlı Padşah? Ordular Allahı Yehova! Odur şanlı Padşah!+ (Selah)

Haşiyələr

Yəni Yehova Allahın varlığına.
Yaxud xilaskarı Allahdan haqq-ədalət görər.