Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 23:1—6

MÜNDƏRİCAT

  • «Yehova mənim Çobanımdır»

    • «Möhtac olmaram» (1)

    • «Canıma qüvvət verir» (3)

    • «Piyaləm dolub-daşır» (5)

Davudun məzmuru. 23  Yehova mənim Çobanımdır*,+ Möhtac olmaram.+   Yaşıl otlaqlarda dincəldir məni, Yaxşı suvarılan sakit yerlərə aparır*.+   Canıma qüvvət verir,+ Öz adı naminə məni salehlik yolları ilə aparır.+   Qaranlıq dərədən keçəndə belə,+ Heç nə məni qorxutmur,+ Çünki Sən mənimləsən,+ Əsan, çomağın mənə ürək-dirək verir.   Düşmənlərimin gözü önündə mənə süfrə açırsan,+ Başıma yağ çəkirsən,+ Piyaləm dolub-daşır.+   Ömrüm boyu Sənin kəramətini*, məhəbbətini dadacağam,+ Nə qədər ki sağam, Yehovanın evində qalacağam.+

Haşiyələr

Digər variant: məni sakit sulara aparır.
Xeyirxahlıq, lütfkarlıq, səxavət kimi xüsusiyyətləri daxil edən ülvi keyfiyyət.