Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 22:1—31

MÜNDƏRİCAT

  • Pərişanlıq; sonra alqış

    • «Allahım, niyə məni tərk etdin?» (1)

    • «Libasım üçün püşk atırlar» (18)

    • «Toplantı içində Səni mədh edəcəyəm» (22, 25)

    • Bütün dünya Allaha səcdə qılmalıdır (27)

Dirijora. Davudun məzmuru. «Sübh maralı»* üçün. 22  Allahım, Allahım, niyə məni tərk etdin?+ Niyə fəğanımdan uzaqdasan, eşitmirsən?+Niyə dadıma yetişmirsən?   Ey Allahım, gecə-gündüz səni səsləyirəm,Sən isə mənə hay vermirsən.+   Sən müqəddəssən,+İsrailin mədhləri bürüyüb taxtını.   Atalarımız Sənə bel bağladılar,+Güvəndilər, Sən də onları xilas etdin.+   Səndən imdad dilədilər, qurtuldular,Sənə arxalandılar, peşman olmadılar.+   Mən isə tənə, nifrət hədəfiyəm,Sanki, insan deyiləm, torpaq qurduyam.+   Hər görən məni lağa qoyur,+Dişlərini ağardır, başını bulayıb+ deyir:   «Özünü Yehovaya tapşırmışdı, qoy onu xilas etsin! Əgər Ona əzizdirsə, qoy onu qurtarsın!»+   Məni anamın bətnindən çıxaran,+Anamın qucağında mənə dinclik verən Sənsən. 10  Doğulduğum andan Sənin əllərindəyəm,Anamın bətnindən Allahım Sənsən. 11  Məndən uzaqlaşma, çünki bəla yaxındır,+Səndən başqa yardımçım yoxdur.+ 12  Buğalar ətrafıma toplaşıb,+Başanın güclü öküzləri məni dövrəyə alıb.+ 13  Nərə çəkən, ovunu parçalayan aslan kimi,Mənə diş qıcayırlar.+ 14  Su kimi yerə tökülmüşəm,Sümüklərim oynaqlardan çıxıb. Ürəyim mum kimi olub,+Əriyib içimə tökülüb.+ 15  Gücüm saxsı parçası kimi quruyub,+Dilim damağıma yapışıb,+Məni torpağa gömürsən.+ 16  Köpək sürüsü kimi məni dövrəyə alıb+Düşmənlərim üstümə gəlirlər.+Şir kimi əl-ayağımı dişləyirlər.+ 17  Gözlərini zilləyib mənə baxırlar. Sümüklərimi bir-bir saya bilirəm.+ 18  Paltarımı aralarında bölüşdürürlər,Libasım üçün püşk atırlar.+ 19  Amma Sən, ey Yehova, məndən uzaq durma,+ Qüvvətim Sənsən, imdadıma tez yetiş.+ 20  Canımı qılıncdan,Şirin canımı köpəklərin pəncəsindən qurtar.+ 21  Məni aslan ağzından, vəhşi öküzlərin buynuzundan qurtar;+Mənə hay ver, məni qurtar. 22  Sənin adını qardaşlarıma bildirəcəyəm,+Toplantı içində Səni mədh edəcəyəm.+ 23  Siz, ey Yehovadan qorxanlar, Ona alqış edin! Ey Yaqub nəsli, Onu ucaldın!+ Ey İsrail nəsli, Ondan qorxun! 24  O, məzlumun dərdini rədd etmədi,+ sitəmindən iyrənmədi,Ondan üz döndərmədi,+ Fəryadını eşitdi.+ 25  Böyük məclis içində Səni mədh edəcəyəm,+Səndən qorxanların qarşısında nəzirlərimi yerinə yetirəcəyəm. 26  Həlimlər yeyib doyacaq,+Yehovanı axtaranlar Onu ucaldacaq.+ Qoy onların ürəyi əbədi döyünsün. 27  Dünyanın ucqarları Yehovanı yada salacaq, Ona tərəf dönəcək. Bütün xalqlar nəsilbənəsil Sənə səcdə qılacaq.+ 28  Çünki Yehovanındır taxt-tac,+Xalqlara hökmranlıq edən Odur. 29  Dünyanın bütün bəxtəvərləri yeyib-içəcək və səcdə qılacaq,Torpağa gedənlərin hamısı Onun önündə diz çökəcək.Onlar ki canlarını belə, diri saxlaya bilmirlər. 30  Onların övladları Ona qulluq edəcək;Gələcək nəslə Yehova barədə nəql ediləcək. 31  Onlar gəlib Onun ədalətindən söz açacaqlar, Onun işlərini sonrakı nəsillərə bildirəcəklər.

Haşiyələr

Ola bilsin, melodiyanın və ya musiqi üslubunun adıdır.