Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 20:1—9

MÜNDƏRİCAT

  • Allah məsh etdiyi padşahı hifz etsin

    • Cəng arabalarına, atlara yox, Allahın adına güvənirik (7)

Dirijora. Davudun məzmuru. 20  Qoy dar günündə Yehova sənə hay versin, Yaqubun Allahının adı səni qorusun.+   Müqəddəs məkandan köməyini göndərsin,+Siondan sənə dayaq olsun.+   Gətirdiyin bəxşişlərdən razı qalsın,Yandırma qurbanlarını qəbul etsin. (Selah)   Sənə ürəyinə görə versin,+Bütün niyyətlərin gerçəkləşsin.   O zaman verdiyin qurtuluşa görə sevinib-coşarıq,+Allahımızın adı ilə bayraqlarımızı qaldırarıq.+ Qoy Yehova sənin bütün diləklərini çin etsin.   İndi bilirəm ki, Yehova məsh etdiyini xilas edir,+ Sağ əli ilə böyük qurtuluş verir,+Müqəddəs göylərdən ona hay verir.   Kimisi cəng arabalarına, kimisi atlara güvənir,+Ancaq biz Allahımız Yehovanın adını çağırırıq.+   Onlar çökdülər, yerə sərildilər,Ancaq biz ayağa qalxdıq, dimdik durduq.+   Ey Yehova, padşahı hifz et!+ İmdad dilədiyimiz gün bizə hay ver.+

Haşiyələr