Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 2:1—12

MÜNDƏRİCAT

  • Yehova və Onun məsh etdiyi

    • Yehova xalqlara gülür (4)

    • Yehova padşah təyin edir (6)

    • Oğula ehtiram (12)

2  Niyə xalqlar vurnuxur,Ümmətlər boş-boş fitnə qurur?+   Dünyanın padşahları qalxır,Rəhbərləri bir nəfər kimiYehovaya və Onun məsh etdiyinə*+ qarşı birləşir.+   «Onların buxovlarını qoparaq,İplərini üzərimizdən sıyırıb ataq», — deyirlər.   Taxtı göylərdə olan güləcək,Yehova onlara istehza edəcək.   O zaman onlarla qəzəblə danışacaq,Hiddəti onları lərzəyə salacaq,   «Mən padşahımı müqəddəs dağımda,Sionda+ əyləşdirmişəm!»+ — deyəcək.   Yehovanın fərmanını bəyan edirəm;O, mənə dedi: «Sən Mənim oğlumsan,+Bu gün Mən sənə ata oldum,+   İstə Məndən, xalqları miras kimi verim sənə,Yer üzü başdan-başa sənin mülkün olsun.+   Onları dəmir dəyənəklə+ qıracaqsan,Saxsı qab kimi çilik-çilik edəcəksən».+ 10  İndi, ey padşahlar, düşünün,Ey yer üzünün hakimləri, ağlınızı başınıza yığın, 11  Yehovadan qorxun və Ona xidmət edin,Onun önündə titrəyərək sevinin. 12  Oğula ehtiram göstərin* ki,+ Allah qəzəblənməsin,Siz də getdiyiniz yolda məhv olmayasınız,+Çünki Onun qəzəbi qəfil alışar. Nə xoşbəxtdir Ona pənah gətirənlər!

Haşiyələr

Yaxud Məsihinə.
Hərfən: oğulu öpün.