Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 19:1—14

MÜNDƏRİCAT

  • Xilqət və qanunun şəhadəti

    • «Göylər Allahın əzəmətini bəyan edir» (1)

    • Allahın kamil qanunu qüvvət verir (7)

    • «Bilmədən etdiyim günahlarımı əfv et» (12)

Dirijora. Davudun məzmuru. 19  Göylər Allahın əzəmətini bəyan edir,+Asiman əllərinin işindən danışır.+   Hər gün dillərindən sözlər süzülür,Hər gecə bir hikmət açırlar.   Nə bir söz, nə bir kəlmə,Nə bir səs eşidilmir.   Amma sədaları* dünyaya yayılır,Şəhadətləri yerin ucqarlarına çatır.+ Allah günəş üçün göydə bir çadır qurub,   Günəş, sanki, təzəbəydir, gərdəyindən çıxır,Şadlanır qaçışa çıxan bir igid kimi.   Göyün bir ucundan çıxar,O biri ucunadək səyahət edər.+İstisindən heç nə gizlənməz.   Yehovanın qanunu kamildir,+ cana qüvvət verir,+ Yehovanın öyüdləri etibarlıdır,+ naşı adamı müdrik edir,+   Yehovanın buyruqları doğrudur, ürəyi sevindirir,+Yehovanın əmri safdır, gözlərə nur verir,+   Yehova önündə qorxu+ pakdır, əbədi qalır, Yehovanın hökmləri doğrudur, hamısı ədalətlidir.+ 10  Onlar qızıldan, çoxlu safQızıldan da artıq sevilir,+Baldan, şanıdan daman baldan da şirindir.+ 11  Onlar quluna nəsihət* verir,+Onlara əməl edənin böyük mükafatı var.+ 12  Öz səhvlərini kim dərk edə bilər?+ Bilmədən etdiyim günahlarımı əfv et, 13  Qulunu özbaşına hərəkətlərdən saxla,+Qoyma onlar mənə ağalıq etsin.+ Onda kamil olaram,+Böyük xətalardan uzaq olaram. 14  Qoy ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələrSəni məmnun etsin,+ ey Yehova, qayam,+ xilaskarım!+

Haşiyələr

Digər variant: onların ölçü ipi.
Yaxud xəbərdarlıq.