Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 17:1—15

MÜNDƏRİCAT

  • İmdad duası

    • «Qəlbimi araşdırdın» (3)

    • «Qanadlarının kölgəsində» (8)

Davudun duası. 17  Ey Yehova, haqdan ötrü yalvarışımı dinlə İmdad diləyirəm, eşit, Hiyləsiz dilimdən çıxan duaya qulaq ver.+   Mənə ədalətli hökmü Sən Özün çıxar,+ Qoy gözlərin doğruluğu görsün.   Qəlbimi araşdırdın, gecələr məni yoxladın,+ Məni arıtdın*;+ Görəcəksən ki, fitnə qurmamışam, Dilimdən günah çıxmayıb.   İnsan əməlinə gəldikdə isə, Sənin sözünə baxıb qarətçinin yolundan uzaq gəzirəm.+   Qoy Sənin yollarında addımlayım ki, Ayaqlarım büdrəməsin.+   Səni çağırıram, ey Allahım, çünki mənə hay verərsən.+ Nə olar, qulağını mənə tərəf əy, dediklərimi eşit.+   Məhəbbətini xariqələrlə göstər,+ Ey Sənə qarşı çıxanlardan qaçıb Sağ əlinə sığınanların xilaskarı.   Məni göz bəbəyin kimi qoru,+ Qanadlarının kölgəsində məni gizlət.+   Mənə hücum edən şər adamlardan, Məni dövrəyə alan yağı düşməndən məni hifz et.+ 10  Onlar qabalaşıblar*, Ağızlarından qudurğanlıq tökülür. 11  Addımımızı dövrəyə alırlar,+ Fürsət axtarırlar, bizi yerə vursunlar. 12  Hər biri aslantək qurbanını parçalamağa can atır, Xəlvətdə pusan gənc aslan kimi gözləyir. 13  Qalx, ey Yehova, onlarla üz-üzə dur,+ qəddlərini əy, Qılıncını sıyır, canımı pislərdən qurtar. 14  Ey Yehova, Öz əlinlə qurtar məni, Bu dünyanın adamlarından, bu həyatdan pay alan,+ Qarınlarını naz-nemətlə doldurduğun adamlardan,+ Çoxsaylı övladlarına miras qoyan adamlardan. 15  Mən isə salehliyimlə üzünü görərəm; Hüzurunda oyanarkən şad oluram.+

Haşiyələr

İbrani dilində burada işlənən söz metalın əridilib təmizlənməsini bildirir.
Yaxud piyləniblər.