Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 16:1—11

MÜNDƏRİCAT

  • Yehova yaxşılığın mənbəyidir

    • «Yehova nəsibimdir» (5)

    • «Gecələr ürəyim məni islah edir» (7)

    • «Yehova sağımda durub» (8)

    • «Məni Məzarda qoymazsan» (10)

Davudun mixtamı*. 16  Ey Allahım, məni qoru, çünki Sənə sığınmışam.+   Yehovaya dedim: «Sən Yehovasan, yaxşılığımın mənbəyi.   Yerdəki müqəddəs bəndələrdir, O nəcib adamlardır zövqü-səfam».+   Yad allahların ardınca düşənlər dərd-sərini artırar,+ Onların gətirdiyi qan təqdiməsinə əsla şərik olmaram, Adlarını dilimə almaram.+   Yehova nəsibim, payımdır,+ piyaləmə+ düşən paydır. Mirasımı Sən qoruyursan.   Payıma gözəl yerlər düşdü, Mirasımdan çox razıyam.+   Mənə nəsihət verən Yehovaya+ şükürlər olsun! Gecələr ürəyim* də məni islah edir.+   Yehovanı daim gözümün önündə saxlayıram,+ Sağımda durub, əsla sarsılmaram!+   Buna görə qəlbim sevinir, bütün varlığım şadlanır. Arxayın yaşayıram, 10  Çünki məni Məzarda* qoymazsan,+ Qoymazsan vəfalı bəndən qəbir görsün*.+ 11  Mənə həyat yolunu öyrədirsən,+ Hüzurunda sevinc, şadlıq aşıb-daşır,+ Sağında olmaq mənə əbədi səadət gətirir.

Haşiyələr

Yaxud ən gizli fikirlərim. Hərfən: böyrəklərim.
İbr. şeol. Lüğətə bax.
Digər variant: çürüsün.