Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 15:1—5

MÜNDƏRİCAT

  • Yehovanın çadırında kim mehman olar?

    • Ürəyində həqiqəti danışan (2)

    • Dilindən böhtan çıxmayan (3)

    • Zərərinə olsa belə, əhdindən dönməyən (4)

Davudun məzmuru. 15  Ey Yehova, çadırında kim mehman olar? Müqəddəs dağında kim yaşayar?+   O kəs ki kamillik yolu ilə gedir,+Əməlləri doğrudur,+Ürəyində həqiqəti danışar,+   Dilindən böhtan çıxmaz,+Başqasına pislik etməz,+Dostuna qara yaxmaz,+   Alçaq adamı görən gözü yoxdur,+Amma Yehovadan qorxanlara hörmət edər, Zərərinə olsa belə, əhdindən dönməz,+   Sələmlə pul verməz,+Günahsızın əleyhinə rüşvət almaz.+ Bu cür adam əsla sarsılmaz.+

Haşiyələr