Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 149:1—9

MÜNDƏRİCAT

  • Allahın zəfərinə alqış nəğməsi

    • Allah xalqından zövq alır (4)

    • Şərəf sadiq bəndələrə məxsusdur (9)

149  Yaha alqış edin! Yehovanın şəninə yeni nəğmə oxuyun,+ Sadiq bəndələrinin məclisində Onu mədh edin.+   Qoy İsrailin sevinci Ulu Yaradanı olsun,+ Sion oğullarının sevinci onların Padşahı olsun.   Qoy rəqs edərək Onun adına alqış etsinlər,+ Qavalla, çənglə Onu tərənnüm etsinlər.+   Yehova xalqından zövq alır,+ Həlimləri bəzəyir qurtuluşla.+   Qoy sadiq bəndələri şan-şöhrətə sevinsin, Sevincdən yataqda nəğmə oxusun.+   Qoy dillərində Allaha mədh nəğməsi, Əllərində ikiağızlı qılınc,   Xalqlardan qisas alsınlar, Ümmətlərin cəzasını versinlər,   Padşahları qandallasınlar, Əsilzadələri dəmir buxova salsınlar,   Onlara çıxarılmış hökmü icra etsinlər.+ Bu şərəf Onun bütün sadiq bəndələrinə məxsusdur. Yaha alqış edin!

Haşiyələr