Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 148:1—14

MÜNDƏRİCAT

  • Bütün xilqət Yehovaya alqış etsin

    • Mələkləri Allaha alqış etsin (2)

    • Günəş, ay, ulduzlar Allaha alqış etsin (3)

    • Cavanlar, qocalar Allaha alqış etsin (12, 13)

148  Yaha alqış edin! Yehovaya göydən alqış edin!+Ona ucalarda alqış edin!   Ey Onun mələkləri, Ona alqış edin!+ Ey Onun ordusu, Ona alqış et!+   Ey günəş, ey ay, Ona alqış et! Ey parlayan ulduzlar, Ona alqış edin!+   Ey göyün dərin qatları, Ona alqış edin!Ey səmadakı buludlar, Ona alqış edin!   Qoy onlar Yehovanın adına alqış etsinlər,Çünki Onun əmri ilə yarandılar.+   O, onları əbədilik yerində tutur;+Bunun üçün dəyişməz fərman verdi.+   Yehovaya yerdən alqış edin!Ey dəniz məxluqları, ey ümmanlar,   Ey şimşək, ey dolu, ey qar, ey topa buludlar,Ey Onun sözünə əməl edən tufan,+   Ey dağlar, ey təpələr,+Ey meyvə ağacları, ey sidr ağacları,+ 10  Ey çöl heyvanları,+ ey ev heyvanları,Ey sürünənlər, ey qanad çalan quşlar, 11  Ey dünya padşahları, ey bütün ümmətlər,Ey ağalar, ey dünyanın hakimləri,+ 12  Ey oğlanlar, ey qızlar,Ey qocalar, ey uşaqlar! 13  Hamınız Yehovanın adına alqış edin!Çünki yalnız Onun adı ünyetməz ucalıqdadır,+ Əzəməti yerdən də, göydən də yüksəkdir.+ 14  O, xalqının gücünü ucaldacaq*,Sadiq bəndələrinin, Ona əziz olan İsrail oğullarınınŞan-şöhrəti naminə. Yaha alqış edin!

Haşiyələr

Hərfən: buynuzunu yüksəldəcək.