Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 147:1—20

MÜNDƏRİCAT

  • Allaha işlərinə görə alqış

    • Qəlbisınıqlara şəfa verir (3)

    • Hər ulduzu adı ilə çağırır (4)

    • Ağ yun kimi qar yağdırır (16)

147  Yaha alqış edin! Allahımızı nəğmələrdə tərənnüm etmək nə yaxşıdır, Ona alqış etmək nə xoşdur, alqış Ona yaraşır.+   Yehova Yerusəlimi inşa edir,+ Pərən-pərən düşmüş İsraili bir yerə toplayır.+   O, qəlbisınıqlara şəfa verir, Sızıldayan yaralarını sarıyır.   O, ulduzların sayını hesablayır, Hər birini adı ilə çağırır.+   Rəbbimiz əzəmətlidir, qüdrəti böyükdür,+ Hikməti hədsizdir.+   Yehova həlimləri qaldırır,+ Şər adamları isə yerə vurur.   Yehovaya həmd nəğmələri oxuyun, Allahımızı çəngdə tərənnüm edin.   O, göyləri buludlarla örtür, Yer üzünə yağışlar yağdırır,+ Dağlarda yaşıl otlar bitirir,+   Heyvanları, Çığırışan quzğun balalarını yedizdirir.+ 10  Ona zövq verən atın gücü deyil,+ İnsanın möhkəm ayaqları Onu heyrətə salmaz.+ 11  Yehova Ondan qorxanlardan,+ Məhəbbətinə ümid bağlayanlardan xoşlanır.+ 12  Ey Yerusəlim, Yehovanı mədh et! Ey Sion, Allaha alqış söylə! 13  Çünki O, sənin darvazalarının rəzələrini bərkidir, Oğullarına xeyir-bərəkət verir. 14  Torpağına əmin-amanlıq bəxş edir,+ Səni ən yaxşı buğda ilə bəsləyir.+ 15  Buyruğunu yerə göndərir, Sözü çapartək sürətlə qaçır. 16  Qar yağdırır, ağ yun kimi,+ Qırov səpir, kül kimi.+ 17  Dolu tökür, çörək tikələri kimi,+ Soyuğuna kim dözər?+ 18  Əmr edir, onlar əriyir. Küləyi əsdirir,+ suları axıdır. 19  Sözünü Yaquba, Qayda-qanununu, hökmlərini İsrailə bəyan edir.+ 20  Başqa heç bir xalqa bunu etməyib,+ Onlar Onun hökmləri barədə heç nə bilmirlər. Yaha alqış edin!+

Haşiyələr