Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 146:1—10

MÜNDƏRİCAT

  • İnsanlara yox, Allaha güvənin

    • İnsan öləndə düşüncələri yox olur (4)

    • Yehova qəddi əyilənləri dikəldir (8)

146  Yaha alqış edin!+ Qoy bütün varlığım Yehovaya alqış etsin!+   Ömrüm boyu Yehovaya alqış edərəm, Nə qədər ki varam, Allahımı nəğmələrdə tərənnüm edərəm.   Əsilzadələrə, Qurtuluş verə bilməyən bəşər oğluna güvənməyin.+   Onun ruhu* çıxır, özü torpağa qayıdır,+ Düşüncələri həmin gündəcə yox olur.+   Xoşbəxtdir o kəs ki, köməyi Yaqubun Allahıdır,+ Ümidi Allahı Yehovadır.+   O Allah ki göyü, yeri, Dənizi, onları dolduran hər şeyi yaradıb,+ Həmişə sədaqətlidir,+   Məzlumun haqqını qoruyur, Aclara çörək verir.+ Yehova məhbusları azad edir.+   Yehova korların gözlərini açır,+ Yehova qəddi əyilənləri dikəldir,+ Yehova salehləri sevir.   Yehova qəribləri qoruyur, Yetimə, dul qadına arxadır,+ Pislərinsə niyyətini alt-üst edir.+ 10  Yehova əbədiyyən padşah olacaq,+ Ey Sion, Allahın nəsildən-nəslə padşah olacaq. Yaha alqış edin!

Haşiyələr