Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 145:1—21

MÜNDƏRİCAT

  • Böyük padşah olan Allahın şəninə təriflər

    • Allahın böyüklüyünü bəyan edərəm (6)

    • Yehova hamıya qarşı kəramətlidir (9)

    • Sadiq bəndələrin Səni mədh edər (10)

    • Allahın əbədi padşahlığı (13)

    • Allah hamını istəyinə çatdırır (16)

Davudun məzmuru. Mədhiyyə. א [Alef]* 145  Səni ucaldaram, ey Allahım, Padşahım,+Əbədiyyən adına alqış edərəm!+ ב [Bet]   Gecə-gündüz Səni mədh edərəm,+Əbədiyyən adına alqış edərəm!+ ג [Qimel]   Yehova böyükdür, ən gözəl təriflərə layiqdir,+Böyüklüyü ağlasığmazdır.+ ד [Dalet]   Nəsildən-nəslə əməllərin tərif edilər,Qüdrətli işlərin bəyan edilər.+ ה [He]   Ehtişamından, əzəmətindən danışırlar.+Mən də xariqəli işlərin üzərində düşünərəm. ו [Vav]   Heyrətli işlərindən* danışırlar,Mən də böyüklüyünü bəyan edərəm. ז [Zayn]   Bol kəramətindən danışanda sözləri qurtarmaz,+Ədalətindən ötrü sevincləri aşıb-daşar.+ ח [Xet]   Yehova şəfqətlidir, mərhəmətlidir,+Çox səbirlidir, məhəbbəti böyükdür.+ ט [Tet]   Yehova hamıya qarşı kəramətlidir,+Bütün işlərində mərhəməti görünür. י [Yud] 10  Bütün işlərin Səni ucaldar, ey Yehova,+Sadiq bəndələrin Səni mədh edər.+ כ [Kaf] 11  Padşahlığının calalından danışar,+Qüdrətin haqqında söz açarlar,+ ל [Lamed] 12  İnsanlara qüdrətli işlərini,+Padşahlığının cah-calalını tanıtmaq üçün.+ מ [Mem] 13  Padşahlığın əbədi padşahlıqdır,Hakimiyyətin nəsildən-nəslə davam edər.+ ס [Samex] 14  Yehova yıxılanlara dayaq olur,+Qəddi əyilənləri ayağa qaldırır.+ ע [Ayn] 15  Hamısı ümidlə Sənə baxır,Ruzilərini vaxtında verirsən.+ פ [Pe] 16  Əlini açırsan,Hər bir məxluqu istəyinə çatdırırsan.+ צ [Tsade] 17  Yehova bütün yollarında ədalətlidir,+Hər işində sədaqətlidir.+ ק [Kof] 18  Yehova Onu çağıranlara,Onu səmimi-qəlbdən* çağıranlara yaxındır.+ ר [Reyş] 19  Ondan qorxanları muradına çatdırar,+Fəryadlarını eşidər, onları qurtarar.+ ש [Şin] 20  Yehova Onu sevən hər kəsi hifz edir,+Lakin pislərin hamısını yox edər.+ ת [Tav] 21  Dilim Yehovanı mədh edər.+Qoy bütün məxluqat əbədiyyən Onun müqəddəs adına alqış desin!+

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Yaxud gücündən.
Yaxud həqiqətdə.