Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 144:1—15

MÜNDƏRİCAT

  • Qələbə üçün dua

    • İnsan nədir ki?! (3)

    • Düşmənləri pərən-pərən et (6)

    • Yehovanın xalqı bəxtiyardır (15)

Davudun məzmuru. 144  Əllərimi savaşa,Barmaqlarımı döyüşə hazırlayan,Qayam Yehovaya+ alqış olsun!+   O, mənim xeyirxahımdır! Odur istehkamım,Pənahgahım, xilaskarım,Qalam, qalxanım,+Odur xalqları mənə tabe edən.+   Ey Yehova, insan nədir ki, ona nəzər salırsan?Fani insan nədir ki, ona diqqət yetirirsən?+   İnsan adi bir nəfəsdir,+Ömrü qeyb olan kölgə kimidir.+   Ey Yehova, göyləri əy, aşağı en,+Dağlara toxun, tüstü qalxsın.+   İldırım çaxdır, düşmənləri pərən-pərən et,+Oxlarını at, onları çaxnaşmaya sal.+   Göylərdən əlini uzat,Məni qurtar, sel-sulardan çıxar,Məni yadların əlindən al.+   Onların ağzından yalan tökülür,Sağ əllərini qaldırıb yalandan and içirlər.   İlahi, şəninə yeni nəğmə oxuyaram,+ On telli alətdə Səni tərənnüm edərəm. 10  Sənsən padşahlara zəfər verən,+Qulun Davudu siyrilmiş qılıncdan qurtaran.+ 11  Məni qurtar, ağzından yalan tökülən,Sağ əllərini qaldırıb yalandan and içənYadların əlindən al məni. 12  Onda oğullarımız tezcə boy atmış fidana,Qızlarımız saraydakı oyma künc sütunlarına bənzər. 13  Anbarlarımız növbənöv nemətlərlə dolub-daşar,Çöldəki sürülərimiz minlərlə, on minlərlə balalar, 14  Boğaz mal-qaramız bala salmaz, ölü doğmaz,Meydanlarımızda şivən qopmaz. 15  Bunları dadan xalq nə bəxtəvərdir! Allahı Yehova olan xalq nə bəxtiyardır!+

Haşiyələr