Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 143:1—12

MÜNDƏRİCAT

  • Canım Sənin üçün təşnədir

    • Bütün işlərin barədə fikirləşirəm (5)

    • İradənə əməl etməyi mənə öyrət (10)

    • Qoy ruhun məni hamar yolla aparsın (10)

Davudun məzmuru. 143  Ey Yehova, duamı eşit,+ Yalvarışımı dinlə, Sədaqətinlə, ədalətinlə mənə hay ver.   Qulunu məhkəməyə çəkmə, Axı Sənin önündə heç kim haqlı çıxa bilməz.+   Düşmən məni təqib edir, Məni yerə vurub tapdaladı, Məni çoxdan ölüb gedənlər kimi zülmətdə məskun etdi.   Ruhdan düşmüşəm,+ Köksümdə ürəyim keyiyib.+   Ötən günləri yada salıram, Bütün işlərin barədə fikirləşirəm,+ Əllərinin işinə diqqət verirəm.   Əllərimi Sənə açmışam, Canım quraq torpaq kimi Sənin üçün təşnədir.+ (Selah)   Nə olar, mənə tez hay ver, ey Yehova,+ Taqətim tükənib.+ Məndən üz döndərmə,+ Yoxsa qəbrə enənlərə bənzərəm.+   Qoy səhərlər məhəbbətini duyum, Çünki Sənə güvənirəm. Mənə yol göstər, o yolla gedim,+ Çünki Sənə üz tutmuşam.   Məni düşmənlərimdən qurtar, ey Yehova, Sənə pənah gətirmişəm.+ 10  İradənə əməl etməyi mənə öyrət,+ Axı Allahım Sənsən. Sənin ruhun gözəldir, Qoy məni hamar yolla* aparsın. 11  Adın xatirinə məni yaşat, ey Yehova, Ədalətinlə canımı dardan qurtar.+ 12  Məhəbbətinlə düşmənlərimi yox et,+ Mənə zülm edənləri məhv et,+ Axı mən Sənin qulunam.+

Haşiyələr

Yaxud doğruluq diyarında.