Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 141:1—10

MÜNDƏRİCAT

  • Müdafiə haqqında dilək

    • Duam önündə buxur kimi olsun (2)

    • Salehin tənbehi başa çəkilən yağ kimidir (5)

    • Pislər öz torlarına düşəcək (10)

Davudun məzmuru. 141  Aman, Yehova, Səni çağırıram,+ Nə olar, dadıma tez yetiş,+ Səni çağıranda yalvarışımı eşit.+   Qoy Sənin önündə duam hazırlanmış buxur kimi,+ Göyə açılmış əllərim axşamın taxıl təqdiməsi kimi olsun.+   Ey Yehova, dilimə nəzarətçi, Dodaqlarımın qapısına gözətçi qoy.+   Qoyma qəlbim pisliyə meyil etsin,+ Bədəməl adamların mənfur işlərinə şərik olsun, Qoyma onların ləziz təamlarından dadım.   Saleh adam məni vursa, istədiyindəndir,+ Məni tənbeh etsə, sanki, başıma yağ çəkər,+ Bunu əsla rədd etmərəm.+ Başına bəla gəlsə də, duamda onu xatırlaram.   Xalqın hakimlərini qayalardan aşağı atırlar, Məni isə xalq dinləyəcək, çünki sözlərim xoşdur.   Yer şumlanarkən torpaq səpələndiyi kimi, Sümüklərimiz Məzarın* içinə səpələndi.   Amma mən gözlərimi Sənə dikmişəm, ey Külli-İxtiyar Yehova,+ Sənə sığınmışam, Canımı alma.   Məni bədəməl adamların tələsindən, Mənə qurulmuş tələnin ağzından qoru. 10  Pislərin hamısı öz torlarına düşəcək,+ Mən isə sağ-salamat keçib-gedəcəyəm.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.