Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 140:1—13

MÜNDƏRİCAT

  • Qüdrətli xilaskar Yehova

    • Pislərin dili — ilan dili (3)

    • Qəddar adamın yıxılması (11)

Dirijora. Davudun məzmuru. 140  Ey Yehova, məni şər adamlardan qurtar, Zalımlardan qoru.+   Onlar ürəklərində fitnə qururlar,+ Bütün günü dava axtarırlar.   Dilləri ilan dili kimi itidir,+ Ağızlarında gürzə zəhəri var.+ (Selah)   Ey Yehova, məni şər adamlardan,+ Zalımlardan qoru, Onlar mənə badalaq vurmaq istəyirlər.   Məğrurlar mənə tələ qururlar, Yolumun üstündə iplərdən tor sərirlər,+ Mənə cələ qururlar.+ (Selah)   Yehovaya deyirəm: «Sən mənim Allahımsan. Ey Yehova, yalvarışlarımı eşit».+   Ey Külli-İxtiyar Yehova, qüdrətli xilaskarım, Döyüş günü başımın üzərində qalxan tutursan.+   Ey Yehova, qoyma pislər murada çatsın, Qoyma qəsdləri baş tutsun, qürrələnsinlər.+ (Selah)   Ətrafımı bürüyənlərin ağzından çıxan pislik Qoy öz başlarına gəlsin.+ 10  Qoy başlarına köz tökülsün,+ Oda düşsünlər, Dərin çalaya düşsünlər,+ daha dura bilməsinlər. 11  Böhtançı adam yer üzündə kök salmasın,+ Pislik qəddar adamı izləyib yerə vursun. 12  Bilirəm ki, Yehova məzlumu müdafiə edəcək, Yoxsula adil hökm çıxaracaq.+ 13  Salehlər Sənin adına şükür edəcək, Əməlisalehlər önündə yaşayacaq.+

Haşiyələr