Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 14:1—7

MÜNDƏRİCAT

  • Ağılsız adamın təsviri

    • Ağılsızlar deyir: «Yehova yoxdur» (1)

    • «Bir nəfər də düz əməl sahibi yoxdur» (3)

Dirijora. Davudun məzmuru. 14  Ağılsızlar ürəyində: «Yehova yoxdur», — deyir.+ Onların hərəkətləri pozğun, əməlləri iyrəncdir, Bir nəfər də düz əməl sahibi yoxdur.+   Amma Yehova göylərdən bəşər oğullarını seyr edir, Baxır ki, görsün dərk edən, Yehovanı axtaran varmı.+   Hamı yolunu azıb,+ Hamı pozğunlaşıb, Bir nəfər də düz əməl sahibi yoxdur, Bir nəfər belə.   Bədəməllər heç nə başa düşmürmü? Xalqımı çörək yerinə yeyirlər, Yehovanı çağırmırlar.   Bax, onların canına vahimə düşəcək,+ Çünki Yehova salehlərin* yanındadır.   Məzlumun niyyətini alt-üst etmək istəyirsiniz, Amma o, Yehovaya sığınıb.+   Kaş Siondan İsrailin qurtuluşu gələydi!+ Yehova əsir xalqını qaytaranda, Qoy Yaqub sevinsin, İsrail şadlansın!

Haşiyələr

Hərfən: saleh nəslin.