Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 139:1—24

MÜNDƏRİCAT

  • Yehova qullarını yaxşı tanıyır

    • Allahın ruhundan gizlənmək olmaz (7)

    • Nə ecazkar yaradılmışam (14)

    • Gözlərin rüşeymimi görmüşdü (16)

    • Əbədiyyət yolunda mənə bələdçi ol (24)

Dirijora. Davudun məzmuru. 139  Ey Yehova, məni yoxlamısan, yaxşı tanıyırsan.+   Oturuşumu-duruşumu bilirsən,+ Fikirlərimi uzaqdan oxuyursan.+   Yol gedəndə, yatanda mənə baxırsan, Bütün yollarımdan agahsan.+   Söz ağzımdan çıxmamış Nə deyəcəyimi bilirsən, ey Yehova.+   Arxadan, öndən məni qoruyursan, Əlin üzərimdədir.   Ağlım bu şeyləri sığışdıra bilmir, Bunu dərk edə bilmirəm.+   Hara gedim ki, ruhun orada olmasın? Harada gizlənim ki, məni görə bilməyəsən?+   Əgər göylərə çıxsam, Sən oradasan, Yerimi Məzarda* salsam, orada da məni taparsan.+   Sübh şəfəqinin qanadlarını taxıb Yaşamaq üçün ən uzaq dənizə uçsam, 10  Hətta orada əlin mənə yol göstərər, Sağ əlin məni tutar.+ 11  «Qaranlıq məni gizlədər», — desəm, Onda ətrafımda gecə bəyaz olar. 12  Zülmət qaranlıq belə, Sənin üçün qaranlıq deyil, Gecə gündüz kimi işıqlıdır,+ Qaranlıq işıqla eynidir Sənin üçün.+ 13  Böyrəklərimi Sən yaratdın, Anamın bətnində məni gizlətdin*.+ 14  Şükür Sənə! Nə heyrətli, nə ecazkar yaradılmışam!+ İşlərin heyrətamizdir,+ Bunu gözəl bilirəm. 15  Gizli yerdə xəlq ediləndə, Anamın bətnində parçatək toxunanda Sümüklərim Səndən gizli deyildi.+ 16  Gözlərin rüşeymimi görmüşdü. Hələ heç biri yox ikən Bədənimin bütün hissələri, onların əmələ gələcəyi günlər Sənin kitabında yazılmışdı. 17  Fikirlərin mənim üçün çox dəyərlidir,+ İlahi, onların sayı-hesabı yoxdur.+ 18  Saymaq istəsəm, qum dənələrindən çoxdur.+ Yuxudan oyananda yenə fikrimdə Sənsən*.+ 19  Ey Allah, kaş pisləri qıraydın,+ Onda zorakılar məndən uzaq olardı. 20  Onlar Sənin barəndə pis-pis danışırlar, Sənə düşməndirlər, adına küfr edirlər.+ 21  Ey Yehova, Sənə nifrət edənlərə necə nifrət etməyim?+ Sənə qarşı çıxanlardan necə ikrah etməyim?+ 22  Bütün nifrətimlə onlara nifrət edirəm,+ Onlar mənim qatı düşmənimdir. 23  Xudaya, məni yoxla, qəlbimi öyrən,+ Məni imtahan et, narahat düşüncələrimi bil,+ 24  Gör məndə pis meyil varmı.+ Əbədiyyət yolunda mənə bələdçi ol!+

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Digər variant: hördün.
Digər variant: hələ sayıram.